Digər
Evlərini sığortaladanlar azalır...
Bu ilin oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 5 268 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan (İSB) Publika.az-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,3 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56%-i yaşayış evləri və mənzillər, 2%-i inzibati binalar, 42%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 38%, sığorta haqlarının məbləğində isə 6% azalma müşahidə edilib.
Oktyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 343, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 18 750 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 6 898 manat təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ