Neft Fondundan valyuta satışı ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Digər

Neft Fondundan valyuta satışı ilə bağlı AÇIQLAMA

Dövlət Neft Fondu (ARDNF) valyuta satışını dayandırması barədə mətbuatda yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

Publika.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, ARDNF valyuta satışını Maliyyə Nazirliyinin təqdim etdiyi qrafikə uyğun həyata keçirir: “ARDNF-in məqsəd və vəzifələrindən irəli gələn öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli olan transfertlərin vaxtlı-vaxtında və düzgün şəkildə həyata keçirilməsidir. Bildiyiniz kimi, ARDNF-in əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla, bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına (AZN) mübadilə edilməsi zərurəti yaranır. Bu məqsədlə ARDNF hər il üçün Maliyyə Nazirliyi tərəfindən təqdim olunan qrafikə uyğun olaraq ölkədə fəaliyyət göstərən ən nüfuzlu banklarla nəzərdə tutulan AZN məbləğinin alınması istiqamətində müvafiq valyuta əməliyyatları həyata keçirir. Nəzərinizə çatdırmaq istərdik ki, bütün əməliyyatlar Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hər gün üçün müəyyən edilən rəsmi məzənnə əsasında baş tutur”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm