Ötən ay daha çox təyyarə yanacağı satmışıq
Bizi izləyin

Digər

Ötən ay daha çox təyyarə yanacağı satmışıq

Bu ilin oktyabr ayında 74 min 317 ton dizel yanacağı, 23 min 166 ton təyyarə yanacağı ixrac edilib.

Publika.az SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə istinadən xəbər verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 781 min 599 ton dizel yanacağı, 201 min 360 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac olunub. 2015-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 485,31 dollar, təyyarə yanacağının qiyməti 454,88 dollar, dizel yanacağının qiyməti 433,11 dollar, 1% kükürdlü mazutun qiyməti 231,63 dollar təşkil edib.

Məlumat üçün bildirək ki, 2015-ci ilin sentyabr ayında 56 min 484 ton dizel yanacağı, 18 min 727 ton təyyarə yanacağı ixrac olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm