Novorossiyskdən neft ixracı dayandırılıb
Bizi izləyin

Digər

Novorossiyskdən neft ixracı dayandırılıb

Oktyabr ayında Supsa limanından 338 min 592 ton, Ceyhan limanından 1 milyon 440 min 540 ton xam neft ixrac edilib.

Publika.az xəbər verir ki, ümumilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 100 min 446 ton, Supsa limanından 2 milyon 372 min 131 ton, Ceyhan limanından isə 14 milyon 549 min 129 ton xam neft ixrac edilib.

Xatırladaq ki, SOCAR-ın yanvar-sentyabr aylarına olan statistikasında Novorossiysk limanından 1 100 446 ton (ötən ilin analoji dövrü ilə müqayisədə 44,3 faiz çox), Supsa limanından 2 033 539 ton (10,9 faiz az), Ceyhan limanından isə 13 108 589 ton (16,2 faiz az) xam neft ixrac edildiyi bildirilirdi.

Rəqəmlərin müqayisəsi göstərir ki, sentyabr-oktyabrda Novorossiysk limanından ixrac həyata keçirilməyib.

Onu da qeyd edək ki, SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm