Zərərlə işləyən Azərbaycan bankları – RƏQƏMLƏRLƏ
Bizi izləyin

Digər

Zərərlə işləyən Azərbaycan bankları – RƏQƏMLƏRLƏ

Bu il ölkədə 5 bank zərərlə işləyib. İlin birinci rübündə bank sektorunun cəmi zərəri 4,037 milyon manat olub.

Publika.az bankların maliyyə hesabatlarına istinadən kiçik araşdırma aparıb. Məlum olub ki, banklardan bəziləri 2014-cü ildən zərərlə işləməyə başlayıblar.

“Bank BTB” sonuncu dəfə illik hesabatını 2013-cü ildə, rüblük hesabatını isə 2014-cü ilin 3-cü rübünə dair təqdim edib. Bankın mənfəət və zərər hesabatında göstərilir ki, vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis zərər 268,60 min manat, vergilər ödənildikdən sonra 273,87 min manat olub.

“Bank Respublika”nın ilin 6-cı ayında zərəri 1,821 min manat olub. Hesabat dövründə bankda vaxtıkeçmiş kreditlərin məbləği 33,010.65 min manat təşkil edib. Bunun da kredit portfelinə nisbəti 10,03 faizdir.

Zərərlə işləyən daha bir bank “VTB Bank”dır. 2015-ci ilin ikinci rübündə bankın vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərcləri ödənilənədək xalis zərəri 11 056,87 min manat olub. Bankda vaxtıkeçmiş kreditlərin həcmi 54 382,7 min manat təşkil edib. Bu da kredit portfelinin 16,1 faizi deməkdir

“NBCbank”ın mənfəət və zərəri ilə bağlı hesabatından isə bəlli olur ki, bu ilin 3-cü rübündə bank mənfəət əldə etməyib. Əvəzində bankda vaxtıkeçmiş kreditlərin ümumi məbləği 7 974 min manata çatıb. Vaxtıkeçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 6,2% olub. Vaxtıkeçmiş kreditlərin 4 343 min manatı ümidsiz, 594 min manatı təhlükəlidir.

“Gəncə Bank” da cari ildə hesabat verməyən banklardandır. Amma bankın ötən ilə olan hesabatına görə, xalis zərəri 63 804,84 min manat təşkil edib. Bundan sonra bank hesabat verməyib.

Qeyd edək ki, araşdırma zamanı bir sıra bankların, o cümlədən “Zaminbank”ın cari il üzrə hesabat vermədiyi diqqətimizi çəkdi. Ciddi maliyyə problemləri ilə üz-üzə qalan “Bank of Azerbaijan” isə 2013-cü ildən sonra ümumiyyətlə maliyyə hesabatı verməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm