Neft Fondu indiyə kimi dövlət büdcəsinə nə qədər pul köçürüb? CƏDVƏL
Bizi izləyin

Digər

Neft Fondu indiyə kimi dövlət büdcəsinə nə qədər pul köçürüb? CƏDVƏL

2003-cü ildən 2015-ci ilin 1 oktyabr tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 61 mlrd. 422 mln. manat olub.

Publika.az Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına istinadən bildirir ki, 2015-ci ilin 9 ayında Fonddan dövlət büdcəsinə 5 mlrd. 650 mln. manat transfert olub.

ARDNF, ümumiyyətlə, 2003-cü ildə dövlət büdcəsinə transfertlər həyata keçirməyə başlayıb.

Həmin ildən dövlət büdcəsinə transfertlər aşağıdakı cədvəldə əksini tapıb:

İllər

Transfertlər, mln. manatla

2003

100

2004

130

2005

150

2006

585

2007

585

2008

3 800

2009

4 915

2010

5 915

2011

9 000

2012

9 905

2013

11 350

2014

9 337

2015-proqnoz

8 000

ARDNF 2001-ci ilin əvvəlindən bu il noyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 116 milyard 007 milyon dollar gəlir əldə edib.

Fonddan bildirilib ki, bu ilin on ayında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 5 milyard 856 milyon dollar vəsait daxil olub.

“Şahdəniz” yatağının işlənməsi layihəsindən isə Fond 2007-ci ildən bu il noyabrın 1-dək 2 milyard 399 milyon dollar gəlir əldə edib.

Bu yataqdan 2015-ci ilin 10 ayında Neft Fondunun gəliri 279 milyon dollar təşkil edib.

Beləlikə, indiyə kimi ARDNF 118,4 milyard dollar gəlir əldə edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm