Bu ləl-cəvahiratı taxan inanılmaz dərəcədə güclənir – FOTOLAR
Bizi izləyin

Digər

Bu ləl-cəvahiratı taxan inanılmaz dərəcədə güclənir – FOTOLAR

Hindistan baş naziri Narendra Mondinin İngiltərəyə səfəri zamanı iki ölkə arasında qalmaqal yaradan 100 milyon funt-sterlinq (220 milyon manat) dəyərindəki “Koh-i-noor” adlı almaz yenidən gündəmə gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət 19-cu əsrdə İngiltərə tərəfindən "oğurlandığı" iddia edilən "İşıq dağı" adı ilə tanınan 105 karatlıq almazdan gedir. Həmin almaza görə hindistanlı iş adamları və sənətkarlar İngiltərə kraliçası 2-ci Yelizavetaya qarşı iddia qaldırmağa hazırlaşır. Bunun üçün hüquqi prosedura start da verilib. İngiltərə isə krallığın xəzinəsinə aid olan almazın 1850-ci ildə kraliça Viktoriyaya hədiyyə edildiyini bildirib.

Hindistanlı iş adamları İngiltərə hüquq bürosu müvafiq qərar çıxarmadığı halda, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

Xatırladaq ki, bir vaxt dünyanın ən böyük almazı kimi tanınan "İşıq dağı" ilk dəfə kraliça Aleksandranın tacında istifadə edilib. Kraliça 2-ci Yelizavetanın anası isə bu tacı 1937-ci ildə həyat yoldaşı Kral 6-cı Georgun tacqoyma mərasimində taxıb. “İşıq dağı” hazırda Kraliça 2-ci Yelizavetanın 2002-ci ildə dünyasını dəyişən ana kraliçanın tabutunun üzərindəki tacda yer alır.

Kişilərə uğursuzluq gətirir!

Əfsanəyə görə, bu almazı yalnız tanrı və ya qadınlar taxa bilər. İnanca görə, onu taxan hədsiz dərəcədə güclənir. Kişilərə isə bədbəxtlik gətirdiyi iddia edilir.

Hindistanda Kollur Mədənindən çıxarılan daşın qaytarılmasında Hindistan cəmiyyəti həmrəydir. Məsələn, Hindistanın tanınmış aktyoru Bhumicka Sin "Koh-i-noor” 105 karatlıq adi bir daş deyil, eyni zamanda tariximizin və mədəniyyətimizin bir parçasıdır və mütləq geri qaytarılmalıdlr" – deyə bildirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm