• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

Şopinq həvəskarlarına inanılmaz xəbər: sabah 90 faiz ENDİRİM olacaq

  • Digər
  • 10 Noyabr 2015 20:13
  • 1 456 Baxış
Şopinq həvəskarlarına inanılmaz xəbər: sabah 90 faiz ENDİRİM olacaq

Çinin internet-ticarət şəbəkəsi “Alibaba” noyabrın 11-də “Subaylar günü” münasibətilə 10 milyard dollarlıq məhsul satmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bunu “Alibaba Group”un beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Ceyms Uilkinson deyib.

O bildirib ki, 11 noyabr çinlilər üçün tarixi gündür. Həmin gün şirkət müştərilərinə 90 faizə qədər endirim təklif edəcək: “Bu, dünyada ən böyük şopinq günüdür. 2014-cü ildə biz bir gündə 9,3 milyard dollar dəyərində 270 milyon ədəd məhsul satmışıq. Bu dəfə isə 10 milyard dolarlıq alış-veriş gözləyirik”.

Vitse prezidentin sözlərinə görə, dünyanın 30 ölkəsinin istehsal məhsulları “online” satışa çıxarılacaq.

Məlumat üçün bildirək ki, “Subaylar günü” Amerikada keçirilən “Qara cümə”nin analoqudur. Çində 2011-ci ildən keçirilir.

Onu da qeyd edək ki, “Alibaba Group”a “Alipay”, “Taobao.com” və “AliExpress” daxildir. Holdinqin hissələrinin 22 faizi “Yahoo”ya, 34,3 faizi yaponiyanın “SoftBank”ına, 8,9 faizi “Alibaba”nın yaradıcısı Cek Maya məxsusdur.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR