“İdeal”dan ideal xidmət: şirkət daha 3 mağaza açır - FOTOLAR
Bizi izləyin

Digər

“İdeal”dan ideal xidmət: şirkət daha 3 mağaza açır - FOTOLAR

Azərbaycanın ən böyük parfüm və kosmetika mağazası şəbəkələrindən olan “İdeal” media nümayəndələri ilə açıq görüş keçirib.

Publika.az-ın görüşdə iştirak edən əməkdaşının bildirdiyinə görə, şirkətin tədbirdə çıxış edən baş direktoru İlqar İsmayılov “İdeal”ın yaranma tarixi, inkişaf dövründən söz açıb. Bildirib ki, “İdeal” artıq 16 ildir parfümeriya bazarında fəaliyyət göstərir. Şirkət 1999-cu ildə yaradılıb. Zamanla 35-40 kvadratmetr sahəsi olan mağazadan 5100 kvadratmetrlik 16 mağazadan ibarət şəbəkəyə çevrilib: “Hazırda “İdeal” 140 brendin parfüm, kosmetika və dəri üçün qulluq vasitələrini təqdim edir. “İdeal”, eyni zamanda, məşhur brendlərin rəsmi distribüteridir”.

Parfümeriya bazarında bir sıra yeniliklərə imza atdıqlarını deyən İ.İsmayılov gələcək planlarından da söz açıb. Məlum olub ki, gələcəkdə şəbəkənin daha 3 mağazası açılacaq: “Naxçıvanda 200 kvdartatmetrlik sahəsi olan mağaza açmağa hazırlaşırıq.

Bundan əlavə, “Ganjlik Mall”da və “Shuvelan Park”da mağazalarımız açılacaq. Bununla da “İdeal” mağazalarının ümumi sahəsi 2000 kvadratmetr də artacaq. Planlarımıza 2016-cı ildə dünyaca məşhur daha bir neçə brendin məhsullarının Azərbaycana gətirilməsi də daxildir”.

İ.İsmayılov müştərilərə xidmətin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan da danışıb. Qeyd edib ki, “İdeal” müştəri məmnuniyyəti üçün bazarda yeni bir ilkə imza atıb: “Müştərilərə keyfiyyətdən razı qalmadıqları halda, aldıqları məhsulları geri qaytarmaq imkanı yaradılıb. Bir müştəri 15 gün ərzində aldığı məhsulu geri qaytara bilər. Müştəri bu imkandan ayda 5 dəfə istifadə edə bilər”.

Şirkətin kommersiya direktoru Vladislav Oleynik isə “MAC” brendinin Azərbaycana gətirilməsi məsələsinə toxunub: “Texnologiyada “Apple” hansı əhəmiyyəti daşıyırsa, kosmetikada da “MAC” odur. Bu brendin nümayəndəliklə bağlı ciddi tələbləri var. Sevindirici haldır ki, “İdeal” bu tələblərə cavab verir. Belə ki, “MAC” brendi kosmetik vasitələrinin hansısa ticarət mərkəzinin daxilində satışı ilə razılaşmır. Ayrıca mağaza kimi fəaliyyət göstərmək siyasəti yerdir. Statistikaya görə, “MAC” MDB-də Moskvadan sonra ən uğurlu fəaliyyəti Azərbaycanda reallaşdırır. 2016-ci illə bağlı planlarımıza “Ganjlik Mall”da “MAC” mağazasının açılması da daxildir.

Yeri gəlmişkən, “Ganjlik Mall”dakı mağazamız MDB ölkələri arasında ən böyük parfümeriya mağazası olacaq”.

Daha sonra tədbirdə istehsalçı şirkətlərin “İdeal”la bağlı xoş sözlərini əks etdirən video izlənib.

Sual-cavab bölməsində isə İ.İsmayılov şirkətin qiymət siyasətinə aydınlıq gətirib. Deyib ki, qiymətlər istehsalçılar tərəfindən müəyyən edilir. “İdeal” isə müəyyən endirim kampaniyaları ilə zaman-zaman müştərilərə dəstək olmağa çalışır: “Bizim üçün istehsalçının deyil, müştərilərimizin məmnuniyyəti daha əhəmiyyətlidir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm