Xarici borcumuz açıqlandı: adambaşına ... - RƏSMİ
Bizi izləyin

Digər

Xarici borcumuz açıqlandı: adambaşına ... - RƏSMİ

Oktyabrın 1-i tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,730.9 milyon ABŞ dolları (7,054.0 milyon manat) olub. Bu isə adambaşına təxminən 700 manat deməkdir.

Publika.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 12,4 faiz təşkil edib. Borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Borc vəsaitlərinin 8%-i 10 ilə qədər, 58,6%-i 10 ildən 20 ilə qədər, 33,4%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

1 oktyabr 2015-ci il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 9,4 faiz.

Valyutalar üzrə isə ABŞ dolları ilə 66 faiz, avro ilə 20,3 faiz, yapon yeni ilə 2,6 faiz, İslam dinarı ilə 0,6 faiz, BƏƏ dirhəmi ilə 0,5 faiz, Səudiyyə rialı ilə 0,4 faiz, Küveyt dinarı ilə 0,2 faiz olub.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm