Fransadakı terror G20-nin gündəmini dəyişdi
Bizi izləyin

Digər

Fransadakı terror G20-nin gündəmini dəyişdi

Fransadakı dəhşətli terror hadisələri Türkiyədə keçirilən G20 sammitinin də gündəmini dəyişib. Bu gün G20 çərçivəsində təşkil edilən bütün panellər məhz Fransadakı terror hadisəsinin müzakirəsi ilə başlayıb.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Fransa Prezidentinin G20 sammitinə qatılmaması liderlər üçün arzuolnmaz olub. Bundan əlavə, sabah təşkil ediləcək qlobal müzakirələrin ana xətti məhz terrora qarşı mübarizənin gücləndirilməsi olacaq: “Gözlənilir ki, dünya liderləri Fransada baş verən terror hadisəsi daxil olmaqla qlobal terrorizmə qarşı mübarizənin genişləndirilməsi metodlarını önə çəkəcəklər. Təbii ki, samitdə digər qlobal məsələlər, o cümlədən qlobal iqtisadi durğunluq ilə bağlı problemlər də diqqətdən kənarda qalmayacaq. Bununla yanaşı, Antalya Sammitində nəzərdə tutulan bütün tədbirlər davam etməkdədir. Fransadakı terrordan sonra Antalyada, xüsusən Bələk bölgəsində təhlükəsizlik tədbirlərin gücləndirilməsi müşahidə edilir. Hava səmasında helikopterlərin ucuşları davam edir. Dünyanın digər liderlərinin samitdə iştirakı ilə bağlı hər hansı dəyişikliyin olacağı gözlənilmir. Bu gün bütün liderlərin Bələk bölgəsinə gələcəyi bildirilir”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm