Digər
Dollar kəllə-çarxa çıxacaq
“JP Morgan Chase” (Cİ-pi Morqan) ABŞ Mərkəzi Bankı FED-dən gözlənildiyi kimi, dekabr toplantısında faiz artırımı olması halında dollarda "rallinin" (bahalaşmanın) daha 6 ay davam edəcəyi proqnozunu verib.
Publika.az “marja”ya istinadən bildirir ki, “JP Morgan”ın valyuta əməliyyatları üzrə direktoru Con Normand dolların gələn ilin ortalarında zirvəyə çıxacağını proqnozlaşdırıb.
Dünyanın ən iri valyuta əməliyyatı aparan banklarından biri olan “JP Morgan”la bərabər, “Deutsche Bank” və “Barclays” da dolların ABŞ-ın pul siyasətini sərtləşdirməsi ilə əlaqədar olaraq dolların yüksəlməsini gözləyirlər.
Dollar ABŞ-dakı 271 minlik güclü kənd təsərrüfatı xaric, məşğulluq
göstəricisi ilə bu ay təxminən 1,6% bahalaşıb.
Qeyd edək ki, dollar manat qarşısında da bahalaşır. Dünyada dolların bahalaşması Azərbaycan manatının da məzənnəsinə ötürülür.
"Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/dollar məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür", - Azərbaycan Mərkəzi Bankı bildirmişdi.
Dolların bahalaşması 6 ay davam edərsə və bu, həmin dövrdə də manatın məzənnəsinə ötürülərsə, qarşıdakı dövrdə manatın dollar qarşısında xeyli "öləcəyini" gözləyə bilərik.
Qeyd edək ki, bu gün dollar/manat məzənəsi 1,0506-ya qalxıb.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?