ABŞ-ın yeni atom bombası müharibə üçün hazırdır
Bizi izləyin

Digər

ABŞ-ın yeni atom bombası müharibə üçün hazırdır

ABŞ B61-12 atom bombasının sınaqlarının üçüncü mərhələsini başa çatdırıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Nüvə Təhlükəsizliyi üzrə Milli İdarənin (NNSA) rəsmi saytında bildirilir.

Bomba nüvə yükü olmadan 29 oktyabr 2015-ci ildə Nevada ştatındakı Tonopa poliqonuna atılıb.

Xəbərdə qeyd edilir ki, bu B61-12 üçün sınaqların son mərhələsidir. B61-12 1960-cı illərdə hazırlanmış B61 bombasının modifikasiyasını təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm