• USD 1,7000 0,00% EUR 2,0647 +0,21%
    • GBP 2,2864 +0,47% RUB 0,0228 +0,88%

Tikinti işləri bahalaşıb

  • Digər
  • 17 Noyabr 2015 13:37
  • 803 Baxış
Tikinti işləri bahalaşıb

Bu ilin 3-cü rübündə yerüstü tikililər üzrə qiymətlər 0,1 faiz, yol tikintisi üzrə qiymətlər 0,3 faiz bahalaşıb.

Publika.az xəbər verir ki, körpü tikintisi üzrə qiymətlər isə sabit qalıb. Ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,1 faiz bahalaşıb.

Cari ilin 3-cü rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, o cümlədən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə 0,2 faiz, 6 və daha çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,1 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,1 faiz, inzibati tikililər üzrə 0,3 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,1 faiz bahalaşıb.

Sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,4 faiz ucuzlaşıb.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR