“Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramı həyata keçirilir
Bizi izləyin

Digər

“Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramı həyata keçirilir

“Ümidli Gələcək Gənclər Təşkilatı” İB Azercell Telekom MMC-nin təşəbbüsü və xahişi ilə “Ümid Yeri” Uşaq sığınacağında “Küçə uşaqlarının reinteqrasiyası və reabilitasiyası” proqramını həyata keçirməyə başlayıb. Proqram çərçivəsində uşaqların ilkin sosial, psixoloji və hüquqi ehtiyacları qiymətləndirilir, küçə həyatına məruz qalmağın səbəbləri araşdırılır və bunun əsasında fərdi qayğı və inkişaf planı tərtib edilir. Həmin plan əsasında uşaqların psixoloji, hüquqi və s. problemlərinin həlli, təhsilə qayıtması və müvafiq peşəyə yiyələnməsi üçün tədbirlər görülür. Eyni zamanda uşaqların valideynləri və ya yaxın və uzaq qohumlarının axtarışı aparılır, uşaqların ailəsinə qovuşması üçün lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, bu proqram Azercell-in “Ümidli Gələcək” İB ilə birgə əməkdaşlıqda həyata keçirdiyi ilk layihə deyil. Hələ 2010-cu ildə uşaq və gənclərə psixoloji və emosional dəstəyin göstərilməsi, onların müxtəlif xidmətlərə yönəldilməsini təmin etmək məqsədilə Azercell-in dəstəyi ilə “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yaradılıb. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa, onların problemi ilə əlaqədar istənilən şəxsə sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərmək, uşaqların üzləşdikləri çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, tələb olunduqda isə onları müvafiq sosial xidmətlərə yönəltməkdir. Fəaliyyət göstərdiyi 5 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemləri əhatə edən 11.500-dən çox zəng daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm