Qarabağın Rusiyaya birləşmək üçün “xahiş”inə siyasi zəmin hazırlanır - İddia
Bizi izləyin

Digər

Qarabağın Rusiyaya birləşmək üçün “xahiş”inə siyasi zəmin hazırlanır - İddia

Qarabağın Rusiyaya birləşmək üçün “xahiş”inə siyasi zəmin hazırlanır - İddia

Tanınmamış Dnestryanı Respublikası Rusiyaya birləşmək üçün Federasiya Şurasına müraciət edib. Məlumata görə, Cənubi Osetiya da Rusiya tərkibindəki Şimali Osetiya ilə birləşmək istəyir. Abxaziya ehtimal ki, “müstəqil” statusunu saxlayacaq.

Dağlıq Qarabağ “Xarici İşlər Nazirliyi” isə bəyanatla çıxış edərək ki, Krımda keçirilən referendumu xalqın iradəsi olaraq dəyərləndirib. Həm “Dnestryanı Respublika”nın Rusiyaya birləşmək üçün müraciət etməsi, həm də Cənubi Osetiyanın Rusiya tərkibindəki Şimali Osetiya ilə birləşmək istəyi Dağlıq Qarabağ seperatçıları üçün hansı anlama gəlir?

Publika.Az– ın verdiyi xəbərə görə, Ermənistan mediası hər iki hadisənin bir tərəfdən “Dağlıq Qarabağ Respublikası”nın mövqeyinə uyğun olduğunu bildirir.

“Bu hadisələr faktiki olaraq xalqların öz müqəddəratını təyin etməsi hüququnun reallaşdırmasının presedentidir. Digər tərəfdən isə Qarabağın birləşmək üçün “xahiş”inə hansısa siyasi meydan hazırlanır, ya Rusiyaya, ya da Ermənistana”, - erməni mediası yazır.

Amma erməni nəşri Qarabağdakı vəziyyət bütün başqa münaqişələrdən fərqləndiyini qeyd edir: “Rusiya Moldova, Gürcüstan və Ukraynanın heç olmasa bir hissəsini tutmağa çalışır. Hansı ki, bu ölkələrin avrointeqrasiyası artıq heç kimdə şübhə doğurmur. Ermənistan isə Gömrük Şurasına üzvlük üçün razılıq verib. Rusiya Qarabağ yalnız o halda tanıya və ya “qəbul edə” bilər ki, Ermənistan Gömrük Şurasına daxil olmaq üçün son şərti olaraq Qarabağsız heç bir yerə getməyəcəyini irəli sürsün”.

“Amma Ermənistan belə bir şərti irəli sürdümü vəümumiyyətlə bunu bacaracaqmı? Əgər bunu etməyibsə, Qarabağa görə, Türkiyə və Azərbaycanla dalaşmağın heç bir mənası yoxdur. Rusiya Qarabağla Ermənistanın sərhədində gömrük məntəqələrini quracaq və status-kvonu saxlayacaq ki, bu da Azərbaycan tamamilə qane edəcək. Və Qarabağı bundan daha artıq təcrid etmək mümkün olmayacaq. Həqiqətin anı yaxınlaşır – keçmiş SSRİ-nin Avropa hissəsində yerləşən bütün ölkələri kiçik qəlpələrini Rusiya verərək onu tərk edirlər. Moldova artıq vizasız rejimə daxil edilib, bunu Gürcüstanla da etmək istəyirlər, artıq Ukrayna da Avropa İttifaqına qəbul olmağa hazırdır. Ermənistan isə Rusiyanın arxasınca getməyə hazırdır. Məntiqi olaraq Qərb bu halda Qarabağı tanımalıdır. Xüsusən də geosiyasi baxımdan Qarabağ daha əhəmiyyətli və müstəqil subyektdir, nəinki Ermənistan”, - erməni nəşri yazır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm