Mən əzab çəkirəm! Bəs siz?..
Bizi izləyin

Digər

Mən əzab çəkirəm! Bəs siz?..

"Günəşli" faciəsi təbiətin Azərbaycana yaşatdığı faciə idi və təbiət ram olunmayacağını bir daha göstərdi. Bizə düşən faciənin nəticələrinin aradan qaldırılması oldu.


... Dövlət olaraq, məsələ birbaşa Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldü. Ölkədə matəm elan olundu. Faciədən sağ çıxan neftçilərimizə bütün yardımlar göstərildi, həlak olanların ailələri tək buraxılmadı. İtkin düşənlərin axtarışı davam edir. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin və Sərhəd Xidmətinin əməkdaşları gecə-gündüz işləyirlər. Onlar təkcə öz vəzifələrini yerinə yetirmir, həm də gözü yolda qalanlara bir xəbər yetirmək üçün çalışırlar. Bütün müvafiq qurumlar faciənin nəticələrinin aradan qaldırılması işinə cəlb olunublar.


Cəmiyyət olaraq, biz də dövlətin yanında olduğumuzu nümayiş etdirdik. Faciədən bir gün sonra insanların dəniz kənarına toplaşaraq qurbanları yad etməsi Azərbaycan insanının baş verən faciəni şəxsi kədəri, acısı, iztirabı kimi qəbul etdiyini göstərdi.


Bəli, biz böyük xalqıq, yaxşı və pis günlərimizdə, elə faciələrimizdə də ayaqda dayana bilirik. Amma toplum olaraq təbii fəlakətlərdən sığortalana bilmədiyimiz kimi, içimizdə faciələrimizi siyasi alətə çevirənlərdən də sığortalanmamışıq.


"Günəşli" faciəsi həm də insanların göz yaşları üzərində siyasi oyunlar quranların adlarını bəlli etdi.


... Milli Şura sədri Cəmil Həsənli “Niyə bu faciələr bizim başımıza gəlir?” deyə təbiət hadisəsinə görə dövləti ittiham etdi. Absurd iddiaları ard-arda düzdü. Ardınca onunla eyni səfdə duran və eyni “düşüncədə” olan AXCP sədri Əli Kərimli də “xalq hara baxır?”, “buna son deməyin vaxtı çatmadımı?!” kimi pafoslu bəyanatlar verdi.

İnsan bəzən “nə baş verir” deyə düşünür: “ölümüzəmi ağlayaq, ölümüzü qazanc yerinə çevirənlərəmi yas tutaq?”


...2005-ci il 27 iyul tarixində “Oil and Natural Gas Corporation” şirkətinə aid Bombay High North platformasında baş vermiş partlayış və yanğın dünyanın ən böyük neft qəzalarından sayılır. Nəticədə onlarla insan öldü, çoxsaylı yaralılar oldu.


2010-cu ilin 20 aprelində Meksika körfəzində bp-ə məxsus “Deepvater Horizon” quyusunda baş verən qəza ABŞ tarixində ən böyük neft qəzası olaraq xatırlanmaqdadır. Həmin qəzada 11 nəfər həyatını itirib, 17 nəfər yaralanıb. Partlayışdan sonra neft sızmasının qarşısını uzun müddət almaq mümkün olmayıb.


Son 10 illikdə yaşanan bu faciə neft qəzasına görə Azərbaycanın tək olmadığını göstərir və onlarla belə nümunələr göstərmək mümkündür. Amma heç bir ölkədə hansısa müxalif qrup nəticənin necə olmasından asılı olmayaraq, təbii fəlakətə görə dövlət rəhbərliyini, yaxud başqalarını ittiham etməyib, faciələri siyasi alətə çevirməyib. Təəssüfedici olsa da, bəzilərinin sayəsində Azərbaycan faciələrin siyasiləşdirilməsinə görə, bəlkə də, dünyada yeganə ölkədir.


Lakin faciəmizdən siyasi oyun düzəldənlərin bu cəmiyyətin bir parçası olduğu hissi utancverici olsa da, bunun arxasındakı siyasi və psixoloji səbəbləri araşdırmaq da vacibdir, ən azından kimə və niyə ağlamalı olduğumuzu bilmək üçün...


Siyasi canilər indi xilaskara çevrilib”.


Burada Remarkın məşhur ifadəsi yerinə düşür. Bu gün “xilaskar” olmaq istəyənlərin davranışları onların 90-cı illərdə bu ölkənin başına gətirdiyi cinayətləri yada salır. 90-cı illərdə onların darmadağın etdiyi Azərbaycanı xilas edib bu günə qədər gətirən iqtidarı təbii fəlakətə görə ittiham etməyə nə qədər haqlarının olduğu da düşündürücü məsələdir.


Biz düşünürük... onlarsa fikirləşmədən "Günəşli" faciəsini özləri üçün Roma imperiyasında qalib sərkərdələrin şərəfinə ucaldılan “Zəfər tağı” (trump) edirlər. Bəli, "Günəşli" faciəsi pis günlərimizdən siyasi qazanc əldə etmək istəyənlərin, Milli Şura və onun ətrafındakı kiçik qrupun “Zəfər tağı”dır. Çünki onların yanaşmasına görə bu ölkədə faciələr nə qədər olarsa, bu o qədər onların siyasi məqsədlərinə xidmət edər. Dövləti ittiham etməyə, “biz hakimiyyətdə olsaydıq, bunlar baş verməzdi” kimi boşboğaz iddialar irəli sürməyə “əsasları” olur.


Hesab edirlər ki, insanların acısını öz siyasətlərinin vasitəsinə çevirə bilərlər.


Həmçinin, acılı insanı “günahkar odur” deyə hökumətə qarşı qaldırmağın asan olduğunu fikirləşirlər.


... 2010-cu ildə Kür çayının daşmasına səbəb olan təbii fəlakət də çoxlarımızın yadındadır. Adından da göründüyü kimi, həmin təbii fəlakət zamanı da bu qüvvələr özlərinə əl qatmışdılar və evsiz-eşiksiz qalan fəlakət qurbanlarını unudub, siyasi hakimiyyət uğrunda “dil-qəfəsə” qoymurdular. Eyni yanaşmanı və eyni “fəlakət siyasətini” "Günəşli" faciəsində də sərgiləyirlər. Və onlara görə hər şey “ədalət naminədir”.


Ədalət siyasətbazlar üçün pərdə olub. Siyasi canilər indi xilaskara çevrilib. Azadlıq isə ağalıq iddiasında olanların gurultulu şüarıdır. Kaş bir az da vicdanları olaydı...”


Remarkın məşhur “Zəfər Tağı” romanındakı bu ifadələr sanki onilliklər sonra "Günəşli" faciəsini “Zəfər Tağı” elan edənlərə yazılıb. Siyasətbazların ədalət pərdəsi... Biz cəmiyyət olaraq, “kaş bir az da vicdanları olaydı” deyə düşünürük, onlarsa siyasətbazlıqla məşğuldurlar.


Psixologiya elmi belə insanları “qorxulu” adlandırır və belə səciyyələndirir: “İddiaları potensialından yüksək olanlar tərbiyəsiz olur”.


Faciələrimiz “Zəfər Tağı”na çevirənlərin psixoloji durumları aydındır: illərlə hakimiyyətə gəlmək üçün çalışanlar zaman keçdikcə onun hərisinə çevrilirlər və bütün vasitələr onlar üçün məqbul sayılır.


Bunun siyasi tərəfləri də diqqət çəkir.

1. Faciələr baş verərkən adətən insanlar qəzəbli olur və siyasəti “çirkin oynayanlar” bu qəzəbi öz məqsədlərinin məcrasına yönəltməyə çalışırlar.

2. Bu qüvvələrin 20 ildir qoruduqları “müxalifət taxtları” sosial bazanın olmadığı üçün yıxılmaq ərəfəsindədir. Məhz “taxt”larını qorumaq üçün özlərini dərdlinin yanında göstərir, beləliklə, ətraflarına sosial baza toplamağa səy göstərirlər.

3. Bu, həmçinin gündəmdəki məsələlərə sərt reaksiya verib gündəmdə qalmaq cəhdidir.

4. Gündəmdə qalmaqla onlar özlərinin “əsas müxalifət” olduğunu sübut etməyə cəhd edirlər.

5. “Əsas müxalifət” olmaq Azərbaycanda maraqları olan qüvvələrin onlara maliyyə yardımı etməsi deməkdir.

Lakin o da faktdır ki, millətin faciəsini “zəfərə” çevirənlər "Günəşli" faciəsi ilə özlərini bir daha bəlli etdilər. Sizcə, "Günəşli"də batanlar əslində bunlar deyilmi?!





Oxumağa davam et
Reklam
Reklam

Gündəm