Digər
Əlidəyənəkli demokratlar
“Bütün müsəlmanları ucdantutma məhv edin, hətta
xristianlığı qəbul etmişləri belə. Qoy Allah özü onlarla haqq-hesab
çəksin”.
Orta əsrlərdə rahib Belidanın çağırışı yenidən Avropa
torpaqlarına qayıdır.
“Kill All Muslims” – Bütün müsəlmanları
öldürün!
Zaman və situasiya fərqli, mahiyyətsə eynidir. Avropalılar
həmişə müsəlmanların onların coğrafiyasını tutacağı qorxusu ilə
yaşayıblar. Amma orta əsrlərdə Əndəlusa sahib olan müsəlmanlar
səhralardan təkcə “Levanta küləyini” (yerli xalqlar bu adı
ərəblərin işğalı ilə bağlayır) deyil, o dövrün barbar
Avropasına mədəniyyət də gətirmişdi.
Amma “Ucdantutma məhv edin” deyən Avropa rahib Belidanın dili
ilə onları ölümlə qarşıladı.
XXI əsr Avropası nə qədər dəyişib?
“PEGİDA”nın (Qərbin İslamlaşmasına Qarşı Vətənsevər
Avropalılar) Praqda keçirilən toplantısında Yaxın Şərqdən və Afrika
çöllərindən Avropaya axın edən müsəlman miqrantlara qarşı etiraz
aksiyalarının keçirilməsi qərarı verilib. “Praqa
Deklarasiyası” adlanan sənədə görə, 6 fevral tarixindən
etibarən Almaniya, Çexiya, Estoniya, Polşa, Slovakiya və İsveçrə
kimi 14 Avropa ölkəsində müsəlman miqrantlara qarşı etiraz
aksiyaları keçiriləcək.
“Avropanın İslamlaşdırılmasına qarşı savaşmaq hamımızın
ortaq məqsədidir” deyə rahib Belidanın övladları bəyan
edirlər.
Avropa dəyişməyib, eynilə orta əsrlərdəki kimidir. Və ötən il
“Twitter”də “Kill All Muslims” – “Bütün müsəlmanları
öldürün!” həştəqinin peyda olması da bunu
göstərdi.
Halbuki müsəlman ərəbləri Əndəlusu ələ keçirəndən sonra oraları
xaraba qoymamışdı. İnanmayanlar “saxta vətənpərvərliklə” yazılan
tarix kitablarına deyil, Amin Maaloufun “Afrikalı Leon” əsərinə
baxa bilərlər.
Bu gün işğalçı rolunu üzərinə götürən Avropa Yaxın Şərqi
xarabalığa çevirir. Ən praqmatik təhlildən tutmuş, ən inandırıcı
sözlər, yaxud “o ölkələrin rəhbərləri xalqlarının qədrini
bilmir” kimi arqumentlər belə müsəlman coğrafiyasının
işğal edildiyi və xaraba qoyulduğu faktını dəyişdirə
bilməz.
Və nəticədə, vaxtilə Avropaya fateh kimi gedənlər bu gün qaçqın
kimi gedirlər. Onların kimdən və nədən qaçdığına dair geniş
müzakirələr də açmaq olar, amma həqiqət budur ki, onlar dağıdılmış
evlərində daşqalaq altında qalan gələcəklərindən qaçırlar,
avropalının “azad və rifah” dünyasına doğru. Axı indiyə qədər “azad
Avropa” təbliğatı evimizin içinə qədər daxil ola bilib. Şərqin ömrü
boyu adətlərlə yaşamış aşirətinin hansısa insanı nə bilsin ki, hər
şey ekrandan görünən kimi deyil, nə bilsin ki, bombalardan qaçarkən
əlidəyənəkli demokratlarla qarşılaşacaq?!
Bu arada, Böyük Britaniyada “Əvvəlcə Britaniya” hərəkatının üzvləri yanvarın 30-na aksiya təyin ediblər. Yox, onlar da rahib Belidanın əksinə getmirlər, “qovun onları” deyərək, “müsəlmanları öldürün” şüarının alt bazasını yaradırlar.
... Avropanı bürümüş etirazlar fonunda Azərbaycan müxalifətinin
ultra-demokratlarından birinin “Avropa pisdirsə, bəs nə
üçün müsəlmanlar Ərəbistana deyil, ora gedir” deyə irəli
sürdüyü arqument “əlidəyənəkli demokrat"lara nə qədər haqq
qazandıra biləcək?!
Və Avropaya getmək üçün mitinqdə foto çəkdirmək növbəsinə
düzülənlərimizin bundan sonrakı aqibəti də maraqlıdır. Axı onlar
“xristianlığı qəbul etmişləri" belə öldürürlər.
Asif Nərimanlı
-
Dünya3 İyun 23:15SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub
-
Kriminal3 İyun 23:00Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
-
Magazin13 İyun 20:36Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki...
-
Hadisə3 İyun 20:12İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi
-
Kriminal3 İyun 20:0010 min manat oğurlayıb brend geyimlər aldı
-
Ekopublika.az3 İyun 18:30Azərbaycanda ödəniş kartları ilə bağlı yenilik tətbiq ediləcək
-
Sosial3 İyun 16:19Şimşək çaxacaq, dolu düşəcək - Hava ilə bağlı xəbərdarlıq
-
Sosial3 İyun 15:42Əli Əsədov yeni qərar imzaladı

































