“UBM Group” “Justice for Khojaly” kampaniyasına qoşuldu
Bizi izləyin

Digər

“UBM Group” “Justice for Khojaly” kampaniyasına qoşuldu

“UBM Group” şirkəti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Justice for Khojaly” (“Xocalıya ədalət”) kampaniyasına qoşulub.


Publika.az xəbər verir ki, “Justice for Khojaly” kampaniyası Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə ilk dəfə olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə başladılıb.

“UBM Group” da “Justice for Khojaly” təşəbbüsünü dəstəkləyərək, bu kampaniya çərçivəsində müasir vasitələrdən istifadə etməklə Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı qarşısına məqsəd qoyub.


Şirkət Azərbaycan xalqının üzləşdiyi faciələr barədə dünya ictimaiyyətini əhatəli şəkildə məlumatlandırmaq üçün korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirməyi qərara alıb. Buna qədər, şirkətin 20 Yanvar hadisələrinin 26-cı ildönümü ərəfəsində reallaşdırdığı məlumatlandırma kampaniyası həm yerli və xarici mediada, həm də sosial şəbəkələrdə geniş işıqlandırılıb.


“UBM Group” Xocalı faciəsi zamanı həlak olanların əziz xatirəsinə ehtiram əlaməti olaraq, fevralın 15-dən daha geniş arealı əhatə edən yeni məlumatlandırma kampaniyasına start verib.

Məlumatlandırma kampaniya çərçivəsində “Facebook”, “Twitter”, “Instagram” və “YouTube” sosial şəbəkələrdə “Justice for Khojaly!” (Xocalıya ədalət!) adlı səhifə yaradılaraq, fəal təbliğat kampaniyasına aparılır. Şirkət tərəfindən xüsusi hazırlanmış posterlər, rəsm əsərləri və video kadrlar həmin səhifələrdə yerləşdirilib. Bu təbliğat materialları bütün dünyanı əhatə etməklə 5 dildə - ingilis, fransız, alman, rus və Azərbaycan dillərində hazırlanıb .

“UBM Group” kampaniya ilə bağlı yaydığı bəyanatda hər bir həmvətənimizi bu işdə fəal iştirak etməyə dəvət edir.

“Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən düz 24 il keçir. Ürəyində vətən sevgisi olan hər bir Azərbaycanlı 26 fevral – Xocalı soyqırımı günündə erməni silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır. Ermənistan tərəfindən Azərbaycan şəhəri olan Xocalının işğalı nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 76 nəfəri uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb və 150 nəfər itkin düşüb. Gəlin tariximizi unutmayaq, undulmasına da imkan verməyək. Xalqımızın qan yaddaşına yazılmış Xocalı faciəsini daha yüksək səslə bütün dünyaya car çəkək. Həm ölkəmizdə, həm də dünyanın hər bir regionunda yaşayan soydaşlarımızı bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə dəvət edirik”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, təbliğat kampaniyasına qoşulmaq üçün #‎justiceforkhojaly ‪#‎armenianaggression ‪#‎armenianterror ‪#‎khojaly həştəqlərindən istifadə etməklə yanaşı, aşağıdakı təqdim olunan linklərə daxil olmaq lazımdır:

https://www.facebook.com/JusticeForKhojaly https://twitter.com/justice_khojaly https://www.instagram.com/justice_khojaly/ https://www.youtube.com/channel/UC0XPCgZk3WG0UF8XkzND0ZA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm