Xədicə İsmayılın vəkili “erməni soyqırımı” abidəsini ziyarət edəcək
Bizi izləyin

Digər

Xədicə İsmayılın vəkili “erməni soyqırımı” abidəsini ziyarət edəcək

Tanınmış vəkil və aktyoru Corc Kluni və arvadı Amal Kluni aprelin 22-24 tarixlərində Ermənistanda səfərdə olacaq.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, ər-arvad İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəklər. Onlar, həmçinin, erməni mənşəli rus biznesmeni Ruben Vardanyanın “100 həyat” layihəsi çərçivəsində “Avrora” mükafatlandırma mərasimində iştirak edəcəklər.

“100 həyat” layihəsinin həmtəsisçisi olan amerikalı biznesmen Nubar Afeyan bildirib ki, Corc Kluni ilə yanaşı, digər məşhurlar da bu layihə ilə əməkdaşlıq etməyə hazırdırlar.

“Bu layihə soyqırımlardan əziyyət çəkən insanlara həsr olunub”, - deyə o bildirib.

Qeyd edək ki, Amal Kluni “Azadlıq radiosu”nun həbsdə olan jurnalisti Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) müdafiə edəcək. A. Kluni məsələ ilə AİHM-ə müraciət edəcəyini deyib.
X. İsmayılın özü “Azadlıq radiosu”na müsahibəsində A. Kluninin onu AİHM-də müdafiə etməsinə razı olduğunu bildirib.

Xatırladaq ki, A. Kluni Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin “erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi kimi çıxış edib. Ermənistanın maraqlarının dəfələrlə Avropa məhkəmələrində müdafiə edən A. Kulinin erməni əsilli olduğu deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm