Putindən Ərdoğana: Nüvə silahından... - ŞOK İDDİA
Bizi izləyin

Digər

Putindən Ərdoğana: Nüvə silahından... - ŞOK İDDİA

Ötən əsrin 80-ci illərində Amerikanın Livanda girovların azad edilməsinin əvəzində İrana silah satmasının, habelə məşhur “İrangeyt” qalmaqalının ortaya çıxmasında böyük payı olan araşdırmaçı-jurnalist Robert Parri inanılmaz iddia ilə çıxış edib.

Publika.az xəbər verir ki, Robert Parri rəhbər vəzifələrdən birini tutduğu “Consortiumnews.com” adlı saytda dərc etdiyi məqaləsində Moskvanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı taktik nüvə silahından istifadə etməklə təhdid etdiyini bildirib.

Amerikalı jurnalistə isə bu barədə Rusiya prezidenti Vladimir Putinə yaxın bir mənbə danışıb. Mənbə qeyd edib ki, Moskva Səudiyyə Ərəbistanı və Türkiyənin Suriyaya müdaxilə edəcəyi halda taktik nüvə silahından istifadə etməyə hazırdır və Rəcəb Tayyib Ərdoğan da bununla bağlı xəbərdar olunub.

Amerikalı jurnalistin fikrincə, Türkiyə NATO-nun üzvü olduğu üçün Türkiyə-Rusiya qarşıdurması sürətlə nüvə döyüşünə çevrilə bilər.

Robert Parri qeyd edir ki, Türkiyə (Suriya sərhədinə yığdığı yüz minlərlə əsgəri ilə) və Səudiyyə Ərəbistanı (müasir texnologiyalı hava qüvvələri) müxalif gücləri Rusiyanın dəstəklədiyi Suriya hökumətindən qorumaq üçün hərbi müdaxilə edərsə, o zaman Rusiya da Suriyadakı 20 minə yaxın hərbçini qorumaq üçün bir qərar vermək məcburiyyətində qalacaq. Amerikalı jurnalistin fikrincə, Rusiyanın qərarı məhz nüvə silahından istifadə etmək ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm