ABŞ xüsusi agentləri PYD-dən nə istəyib? – Türkiyəyə qarşı həmlə
Bizi izləyin

Digər

ABŞ xüsusi agentləri PYD-dən nə istəyib? – Türkiyəyə qarşı həmlə

Birləşmiş Ştatların PYD-yə (PKK-nın Suriya qolu) dair şok planları ortaya çıxıb.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PYD nümayəndələri ilə görüşən ABŞ rəsmiləri təşkilatdan PKK-ya bağlı olmadıqlarını elan etmələrini istəyib.


“Yeni Şafak” qəzeti yazır ki, YPG-nin (PYD-nin silahlı qolu) Ankarada 28 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməsindən sonra Türkiyə bütün beynəlxalq platformalara çıxaraq YPG/PYD terror təşkilatının PKK-nın bir hissəsi olduğunu faktlarla göstərib.


Lakin Ankara terrorunun ardınca PYD üçün “imic yaratma” cəhdlərinin başladığı ortaya çıxıb. ABŞ-dan iki xüsusi nümayəndə PYD rəhbərliyi ilə gizli görüş keçirib. Ərbil üzərindən Hasekeyə keçən iki amerikalı nümayəndə Servan Derviş, Redur Xəlil kimi PYD/YPG-nin əsas komandirləri ilə görüşüblər.


Məlumata görə, amerikalı nümayəndələr PYD-nin xalq hərəkatı görüntüsünə bürünməsini istəyiblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm