Rafiq Hüseynov: “Bilmirəm ömrüm harada qırılacaq...”
Bizi izləyin

Digər

Rafiq Hüseynov: “Bilmirəm ömrüm harada qırılacaq...”

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov gələn ay müayinə olunmaq üçün Türkiyəyə yola düşəcək.

Bu barədə Publika.az-a açıqlama verən diktor xəstəliklə mübarizə apardığını deyib:

“Bilmirəm, müayinə zamanı o tibbi avadanlıq nə göstərəcək. Ordan gələn cavaba qədər əsirsən, həyəcan keçirirsən. Bu xəstəlik elədir ki, bilmirəm ömrüm harada qırılacaq. Gözləmə mövqeyində olmaq insanı darıxdırır. Əməliyyat olundum, ağ ciyərimin bir hissəsini kəsib götürdülər, həkimlər xəstəliyin şiddətlənməyindən qorxur. Türkiyədə xəstəxanada olanda gözümün qabağında cavan-cavan insanlar xərçəngdən dünyasını dəyişirdi. İnsan bilsə ki, sabah bu xəstəlik həyatını bitirəcək, onda işlərini də düzüb-qoşar. Mən heç nə bilmirəm, ancaq gözləyirəm. Bir onu bilirəm ki, nə qədər dəhşətli xəstəliklə mübarizə aparsan da, təslim olmamalı və pozitivliyini itirməməlisən. Yenə də dostlarımla görüşürəm, çalışıram bu günü müsbət enerji ilə yaşayım. Sabah nə olacaq, bunu bir Allah bilir”.

Xatırladaq ki, tanınmış diktor xərçəng xəstəliyindən əziyyət çəkir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm