“Xocalıya ədalət” kampaniyası Küveytdə - FOTO
Bizi izləyin

Digər

“Xocalıya ədalət” kampaniyası Küveytdə - FOTO

Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə 27 fevral 2016-cı il tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə küveytli baykerlər tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən motoyürüş təşkil edilib.

Publika.az bildirir ki, “Trend”ə səfirlikdən verilən məlumata görə, motoyürüşün məqsədi Küveyt ictimaiyyətinin diqqətini Xocalı həqiqətlərinə cəlb etmək olub.

Küveyt vətəndaşı Bədii Əl-Avaidi yürüşdən öncə soyqırım zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş uşaqlar, qadınlar və yaşlı insanlar barədə iştirakçılara ətraflı məlumat verib.

Yürüş zamanı səfirlik tərəfindən hazırlanmış müxtəlif informasiya-təbliğat xarakterli materiallardan istifadə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm