Taner Yıldız: Türkiyə uran zənginləşdirmək niyyətində deyil
Bizi izləyin

Digər

Taner Yıldız: Türkiyə uran zənginləşdirmək niyyətində deyil

Türkiyə AES-də istifadə etmək üçün uran zənginləşdirmək niyyətində deyil.

Bunu ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız ölkə diplomatları qarşısında çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər verir.

Yıldızın sözlərinə görə, Türkiyənin uran zənginləşdirmək niyyətində olması barədə məlumat həqiqətəuyğun deyil və ölkəni yeni böhrana sürükləməyə yönəlib.

Bundan əvvəl bir sıra yerli kütləvi informasiya vasitələrində guya Türkiyənin uranı zənginləşdirməyə hazırlaşdığı barədə məlumat verilmişdi.

Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm