“28 yaşım tamam olur, cavan qalmışam” – icra başçısı ad günündən DANIŞDI
Bizi izləyin

Digər

“28 yaşım tamam olur, cavan qalmışam” – icra başçısı ad günündən DANIŞDI

“28 yaşım tamam olur, cavan qalmışam” – icra başçısı ad günündən DANIŞDI

“Bu gün ad günümü təmtəraqla keçirmədim”. Bunu Publika.Az-a açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib.

Dost və tanışların onu zəng edib təbrik etdiyini vurğulayan İ.Mehdiyev deyib: “Ancaq ad günümü təmtəraqlı şəkildə keçirməyəcəm, sıradan bir ad günü olacaq. Yubiley deyil ki, təmtəraqlı keçirəsən”.

İcra başçısı zarafatla bu gün 28 yaşının tamam olduğunu da söyləyib: “Bu gün 28 yaşım tamam olur, cavan qalmışam. Bu gün 1 aprel aldatdı günü olduğu üçün belə dedim. Ancaq mən adam aldadan da deyiləm (red: gülür)”.

Qeyd edək ki, bu gün İbrahim Mehdiyevin 68 yaşı tamam olur.

1 aprel 1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1963-cü ildə başlayan İ.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat İnstitutunda baş elmi işçi, “Azərelektroişıq” İstehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika İnstitutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.

2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

1974-cü ildə “Şərəf Nişanı” Ordeni ilə təltif olunub. 1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki övladı var.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm