Bakıda Nobelə namizəd olan siyasətçi kürd seçicilərin səsini necə aldı?
Bizi izləyin

Digər

Bakıda Nobelə namizəd olan siyasətçi kürd seçicilərin səsini necə aldı?

Bakıda Nobelə namizəd olan siyasətçi kürd seçicilərin səsini necə aldı?

Türkiyədə 30 Mart tarixində keçirilən bələdiyyə seçkilərində Haydar Başın rəhbərlik etdiyi Müstəqil Türkiyə Partiyası (BTP) ölkənin şərq və cənubi-şərqində topladığı səslərlə diqqət toplayıb.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, partiya bölgədəki bir çox yerlərdə Barış və Demokrat Partiyası (BDP) ilə Ədalət və İnkişaf Partiyasından (AKP) sonra ən çox toplayib.

Bələdiyyə seçkilərdə BDP-nin qələbə qazandığı və çox güclü olduğu Hakkari, Mardin və Batmanda BTP Cümhuriyyət Xalq Partiyası (CXP), Millətçi Hərəkat Partiyası (MHP) və Səadət Partiyasını geridə qoyub. BTP Diyarbəkrdə 4 min 943, Batmanda 1229, Sirtdə 330, Vanda 2432, Mardində 4 min 671, Şırnakda 200 və Hakkaridə 665 səs alıb.

BDP isə hesab edir ki, onun seçiciləri BDP ilə BTP-i bir-biri ilə səhv saldığı üçün BTP-yə səs verib. BDP iki partiyanın adının seçki bülletenində yanaşı olduğuna diqqət çəkir. BTP səlahiyyətliləri isə qazandıqları səslərin partiyaya səhvən verilmədiyini, partiya üzvlərinin qapı-qapı gəzməsinin müvəffəqiyyətə gətirib çıxardığını söyləyib.

Siyasətçi kimi həm də yazıçı, pedaqoq və iqtisadçı olan Haydar Başın illər öncə irəli sürdüyü bir çox siyasi və iqdisadi tezisləri bu gün də özünü doğruldur.

Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünün əsas gündəm olduğu 1980-ci illərdə çoxları üzvlüyə tam əmin olsalar da, Haydar Baş fərqli fikirdə idi. O, 1986-cı ildə Berlində “Avropa İttifaqı bizi sıralarına qəbul etməyəcək” tezisini irəlıi sürmüşdü. Türkiyə hələ də üzvlük müzakirələri üçün dəqiq tarix ala bilməyib.

1990-cı illərdə bir çox siyasətçi və ziyalılar Türkiyənin Gömrük Birliyinə üzvlüyünü qələbə olaraq göstərsə də, Haydar Baş “Avropa İttifaqına daxil olmadan Gömrük Birliyinə daxil olmaq Türkiyənin əleyhinədir” söyləmişdi. Hər il 20 milyard dollardan çox xarici ticarət kəsiri ilə qarşılaşan Türkiyə Gömrük Birliyinə daxil olduğu üçün 150 milyard dollara yaxın zərər görüb.

Haydar Baş ABŞ-ın 1991-ci ildə İraqa qarşı apardığı hərbi əməliyyatlarında “Bu hər nə qədər İraqa qarşı edilsə də, son hədəf Türkiyənin parçalanmasıdır” şəklində xəbərdarlıq etmişdi. Bu gün ABŞ tərəfindən həyata keçirilən Böyük Orta Şərq layihəsinin məqsədi də budur: İslam coğrafiyasını ələ keçərmək, Türkiyəni parçalamaq.

BTP Türkiyə həyatında önəmli uğurları ilə tanınmasa da onun rəhbəri seçkilərdə maraqlı vədləri ilə gündəmə gələn siyasətçilərdən biridir. Haydar Baş ötən seçkilərin birində “milli iqtisadiyyat modeli” adı altında hər ev xanımına 500 lirə maaş, 15 min lirə isə doğum hədiyyəsi verəcəyinə söz vermişdi.

Publika.Az xəbər verir ki, Haydar Başın Azərbaycanla sıx əlaqləri də olub. Belə ki, onun parlamentin sabiq sədri, mərhum Murtuz Ələsgərovla və Dövlət İqtisad Universiteinin sabiq rektoru Şəmsəddin Hacıyevlə dostluq etdiyi iddia olunur. Belə ki, o, öz doktorluq dissertasiyasını Murtuz Ələsgərovun direktorluğu dövründə BDU-da müdafiə etmiş, həm də bu universitetdə islamşünaslıqdan mühazirələr oxumuşdu. 2006-cı ildə İqtisad Universitetinə keçirilən toplantıda onun iqtisadi modelinin Nobel mükafatına təqdim olunması barədə təkliflər səsləndirilmişdi. Əslən qaradənizli olan Haydar Baş Türkiyədəki qadiriyyə icmalarından birinin mürşididir, Haydar Baş Trabzuni imzası ilə sufiliyə aid əsərlər qələmə alıb. Qaradənizli olmasına rəğmən indiki baş nazir Rəcəb Təyyib Ərdoğana kəskin müxalif mövqeyi ilə seçilir. AKP hakimiyyətinin ilk illərində onun Bakıda aldığı doktorluq diplomunun saxta olması barədə də iddia qaldırılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm