Deputatlar Koreyaya gedir
Bizi izləyin

Digər

Deputatlar Koreyaya gedir

Deputatlar Koreyaya gedir


Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının sədr müavininin dəvəti əsasında aprelin 4-də ölkənin paytaxtı Seula səfər edəcək.

Bu barədə Publika.Az-a Milli Məclisin mətbuat xidmətindən məlumata verilib.Nümayəndə heyətinin tərkibinə deputatlar – Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, İmamverdi İsmayılov, Sədaqət Vəliyeva, Rüstəm Xəlilov daxildirlər.

Səfər çərçivəsində millət vəkilləri Koreya parlamentinin fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaqlar. Nümayəndə heyətinin üzvləri Koreya Milli Assambleyasının spikeri Kanq Çanq-hi, vitse-spiker Park Byonq-sok, parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri ilə bağlı müzakirələr aparacaqlar.

Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə millət vəkillərinin ölkənin Baş naziri, xarici işlər naziri ilə görüşləri də nəzərdə tutulub.

Səfər zamanı deputatlarımız habelə Koreyanın informasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan “SK Telekom”, “Samsung Elektronics” mərkəzi, İnçon Texnoparkına baxış keçirəcək, Kyonqbokqunq sarayı, Seulun digər görməli yerləri ilə tanış olacaqlar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm