Şamanlara kimlər müraciət edir?
Bizi izləyin

Digər

Şamanlara kimlər müraciət edir?

Şamanlar kimlərdir?

Keçmiş zamanlarda insanları tilsim, cadugərlik, otlarla müalicə, hətta “diri” və “ölü” suların köməkliyi ilə müalicə edərdilər. 19-cu əsrin etnoqrafları xalq təbabət üsullarını toplayaraq cadu, ovsun və digər magik qüvvələr haqqında kitablar nəşr etməyə başladılar. Xalq təbabətində “cadugərlik” elmi axtarış səviyyəsinə qalxaraq bir sıra xalqlar və insanlar arasında maraqla qarşılandı. Burada, fizik, bioloq, filosof və biokimyaçıların məşğul olduğu bir neçə istiqamət mövcuddur. Bu istiqamətlərdən biri də, bioenergetikadır.

Artıq keçmiş zamanlarda yaşamış insanlar yaxınlıqda və uzaqlıqda yerləşən bitki, heyvan və insanlara impuls, biotok vasitəsilə informasiya, xəstəlik göndərmək və müalicə etməyin mümkün olduğunu bilirdilər.

Alimlər qənaətə gəliblər ki, insanlar lepton qaz və bioenerji əkizini yaradaraq informasiya əldə etmək üçün “kəşfiyyat” üçün uzaq məsafələrə göndərə bilir. Dünyanın bir çox yerlərində bioərazi, insanın bioloji müdafiə örtüyü olan aura haqqında diqqətlə öyrənilir. Təbiətdən ekstrasenslik (tərcümədə “həddən artıq həssaslıq”) bacarığına yiyələnmiş insanlar keçmişdə təhqir və qəzəbə düçar idilər, indi isə onlar beynəlxalq təşkilatlar altında müdafiə olunur. Ekstrasens bacarığına sahib olmuş insanlar indi getdikcə öz bacarıqlarını artırırlar. Bu tipli insanlar hər zaman hər yerdə olub. Onları müxtəlif cürə adlandırardılar: küpəgirən qarı, şaman, ağ və qara magiya ilə məşğul olan cadugər, sehrbaz, falçı, divanə, ara həkimi. Onlardan qorxardılar, çox vaxt məhv edərdilər, lakin köməyə onların yanına qaçardılar. Bəzən bu insanlara səcdə edib ilahiləşdirərdilər də. Lakin bir neçə əsrdir ki, alimlər onların qiymətsiz vergisi qarşısında çaşbaş qalıb. 1991-ci ildə Ümumdünya Alternativ Tibb Cəmiyyətinin 23-cü yığıncağında Şri-Lankadan olan məşhur alim-həkim Anton Coasuriya refleks terapiyanın köməkliyi ilə ağrıları azaldıb narkozsuz əməliyyat prosesinin videosunu göstərdi. Bu çox inanılmaz idi: əməliyyat olunan şəxslər deyib gülürdü hətta, boyun, üz, bədənlərində olan xərçəng şişinin əməliyyatı zamanı mahnı da oxuyurdular. Bəs bu inanılmaz müalicəvi proseduralar necə həyata keçirilir?

Şamanlıq nədir? Şimal xalqları şamanlığı ayin nəticəsində ruhlarla əlaqə yaradan insan kimi başa düşürlər.

Şamanlıq üçün əsas ünsür onun geyimidir. Onlar təbiətin ruhu və ölülərlə əlaqə yaradaraq müalicə üsullarını həyata keçirirlər. Şamanın ənənəvi silahı nizə və dəyənək hesab olunur. Şaman ayinləri təbil, dua və şaman rəqsləri ilə müşayiət olunur. Hesab olunur ki, ayin zamanı şamanın ruhu onun bədənini tərk edərək digər dünyalarda səyahət edir. Şamanlar aşağıdakı istiqamətlərdə fəailiyyət göstərirlər:

  1. Adi və ya sərbəst şamanlar (qoruyucu ruhlarla həmrəylik yaradır)
  2. Medium (ruhlarla əlaqə yaradır, azmış ruhları digər dünyaya göndərir və ruhları çağırmaqla məşğuldur)
  3. Dauzer (tumar və tilsim vasitəsilə itmiş əşyaları tapa bilir)
  4. Onmuyci (gələcəyi görənlər)
  5. Miko (Allahın qulları)
  6. Ekzorsit (bədəninə ruh daxil olmuş insanlara kömək edir)
  7. Nekromant (ölüləri dirildir)
  8. Kokkuri (gələcəyi söyləyir və insanların harda olmasından asılı olmayaraq yerini göstərə bilir)
  9. Ximiko (Allahı eşidib insanlara kömək edir)

10.Hipnozçu (insanların təhtəlşüuruna təsir edib onları idarə edən bilən kəsdir)

11.Loğman (müalicə edir və insanları dirildə bilir)

12.Vudu ( bu şamanlar insanın saçından gəlincik və ya başqa əşya hazırlayaraq ona ziyan yetirə bilir)

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm