• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Tarixə düşən fərəhli ömür

  • Digər
  • 1 İyun 2016 15:52
  • 917 Baxış
Tarixə düşən fərəhli ömür

Fərəh xanım Şəkinskayanın dünyasını dəyişməsindən qırx gün ötür, artıq qırx gündür ki, onun gözəl və işıqlı simasını əzizləri, sevdikləri görmürlər. Onu yaxından tanıyanlardan biri kimi, mən də bu yoxluqla barışa bilmirəm, Fərəh xanımın yoxluğuna inana bilmirəm...

Fərəh Şəkinskaya Azərbaycan milli mədəniyyəti qarşısında gördüyü işlərələ insanlığın fövqündə yüksələn, vətən və tarix qarşısında, müstəsna xidmətləri olan, çağdaş dövrümüzdə müasir dəyikşikliklər edən, kök salmış stereotip və baryerləri dağıtmağa cəsarəti çatan – yeni cığırlar acan görkəmli Azərbaycanlı qadınlarımızdan biri idi. Bu əzmkar Azərbaycanlı xanım öz bacarığı və işgüzarlığı sayaəsində sıravi işlərdən başlayaraq yüksək dövlət vəzifələrinə yüksəlməyi bacararaq, daima qürur və şərəf ünvanı olub. Fərəh Şəkinskaya Azərbaycan SSR, 1991-ci ildən sonra isə müstəqil Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini olaraq milli mədəniyyətimizin inkişafında və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində xüsusi rol oynayıb.

Fərəh xanim şəxsiyyət idi və bunu hamı qəbul edirdi. Onu hamı sevirdi... Çünki bu insan Azərbaycanın fəxri idi.

Fərəh Şəkinskaya haqq dünyasına köçsə də, o Fərəh sevərlərin yaddaşında və qəlbində daima yaşayacaq.

Gülərüz, simasından daima nur tökülən bu azərbaycanlı xanım, dövlət rəsmiləri qarşısında da böyük nüfuza malik idi. Fərəh Şəkinskaya tabeçiliyində çalışan bütün əməkdaşlarına yalnız istedadına və bacarığına görə qiymət verməyi bacarırıdı. Yaxşı işi qiymətləndirir, sabahkı uğurlar üçün işçiləri stimullaşdırdı. İnsanlara xoş münasibət bəsləmək onun qəlbindən gəlirdi. Fərəh xanım həm Mədəniyyət Nazirliyində vəzifə tutanda, həm də Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik edəndə hər işçiyə qarşı sonsuz diqqət və qayğıkeşliyi ilə seçilirdi.

SSRİ dövründə Fərəh Şəkinskaya ittifaq məkanında da tanınaraq böyük nüfuz sahibi idi. Təkcə onu demək kifayətdir ki, o, 1978-1989-cu illərdə Bakı Mədəniyyət İdarəsinin rəhbəri vəzifəsində çalışarkən, Bakının və Apşeron yarımadasının ən ucqar kəndlərində belə, kitabxanalar və musiqi məktəbləri açılmasına nail olmuşdu. Bu işlər Fərəh xanımın müstəsna xidmətləridir.

O, çoxsaylı xarici səfərləri zamanı Azərbaycan nümayəndə heyətinə başçılıq edər, Azərbaycan mədəniyyətini və musqisini, adlı-sanlı müğənnilərimizi təqdim edərək, dünyaya tanıtdırırdı. Fərəh xanım hansı vəzifədə çalışmasından asılı olmayaraq gedəndən sonra silinməz izlər qoyurdu. Uzaq keçmişdən bu günə gəlib çatan, örnək xanımlarımız – XII əsrdə yaşamış və dövlət işlərində şəfqət rəmzinə çevrilən Möminə xatun, XVIII əsrdə yaşamış, dövlət idarəetməsində böyük nüfuz sahibi olan, Ağabəyim Ağa, XIX əsrdə yaşamış şairə Xurşidbanu Natəvan kimi azərbaycanlı qadınlarla Fərəh Şəkinskaya bir sıradadır. O, müasir dövrümüzdə, onların davamçısı olaraq, müsbət dəyişikliklər edən bir şəxsiyyət kimi yaddaşlarda qalacaq.

Fərəh xanım bütün Şərqdə yegənə olan Dövlət Uşaq Filarmoniyasını yaratmağı bacararaq 20 ildən artıq bir müddətdə onu rəhbəri olmuşdu. O, öz yetirmələri olan, balaca istedadlarla Böyük Britaniyada, Rusiyada, Türkiyədə və bir sıra digər ölkələrdə səfərlərdə olub və hər dəfə də mükafatlarla, uğurlarla qayıdıb.

Fərəh xanımla işləmək mənə də nəsib olub. 1972-ci il idi Fərəh Şəkinskaya Azərbaycan KP Nərimanov Rayon Komitəsində katib idi. O zaman, ərazisində strateji sənaye obyetkləri olan rayonda katib vəzifəsi tutmaq çox məsuliyyət tələb edirdi. Bakı şəhərinin ittifaq əhəmiyyətli zavod və tikinti təşkilatları Nərimanov rayonunda cəmləşmişdi. Həmin zaman mən Bakı Baş Tikinti İdarəsinin aparıcı qurumlarından biri olan Sosial-Mədəni Tikinti Trestində partiya komitəsinin katibi vəzifəsində çalışırdım. Fərəh xanımla o zaman gördüyümüz işlər – həyata keçirdiyimiz tədbirlər bir kino lenti kimi gözlərimin önündən keçir...

Onları sözlə ifadə olunmayacaq hisslərdir...

Fərəh Şəkinskayanın tövsiyəsi ilə, o dövrün tanınmış şəxsiyyətləri olan – Azərbaycan Xalq yazıçısı Mirzə İbrahimov, Nəriman Həsənzadə, Azərbaycan Xalq artisi Nəsibə Zeynalova, Sosialist əməyi qəhrəmanı Məmməd Hüseynovla tikintidə çalışan gənc fəhlələrin görüşünü təşkil etmək milli-mənəvi dəyərlərimizi onlara çadırır, gənclərin həyatda fəal mövqe tutmalarına stimul yardırdı. Bu gənc fəhlələr gündüz tikinti sahələrində bənna, suvaqçı, dölgər işləyir, axşam isə ali məktəblərdə təhsil alırdılar. Fərəh Şəkinskaya buna çox sevinirdi.

Həmin tarixləri yada salanda, düşünürəm ki, nə yaxşı biz belə müdrik rəhbərlərlə, böyük insanlarla ünsiyyətdə olmuşuq, onlardan görüb götürmüşük.

Allah Fərəh xanıma rəhmət etsin. Qəbri nurla dolsun. O, aramızdan getsə də qəlblərdə daima yaşayacaq.

Zina Salamzadə,

Əməkdar inşaatçı

Halal Nemət

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR