Ankarada seçkinin nəticələri ləğv oluna bilər
Bizi izləyin

Digər

Ankarada seçkinin nəticələri ləğv oluna bilər

Ankarada seçkinin nəticələrinin ləğvi tələb olunur

Türkiyənin paytaxtı Ankarada mübahisəli seçkinin ardından mer mandatını alan Melih Gökçekin rəqibi Mansur Yavaş bir neçə gün öncə "Lazım olsa seçkinin nəticələrin Konstitusiya Məhkəməsinə aparacağıq" demiş və bir gün sonra Konstitusiya Məhkəməsi sədri Haşim Kılıçla görüşmüşdü. Dünən isə o, seçkinin nəticələrinin ləğv olunmasını, yeni seçki təyin olunmasını tələb etdiklərini bildirib.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Mansur Yavaş hakim partiyanın seçkiyə hiylə qarışdırdığını, səslərin sayılması zamanı çoxlu sayda pozuntulara, saxtakarlığa yol verildiyini iddia edir və dediklərinin sübutu olaraq ortada çoxlu faktlar olduğunu bildirir.

Dünən mətbuat konfransı keçirən Gökçek isə seçki nəticələriylə əlaqədar aşağıdakıları söyləyib: "CHP Ankarada mətbuat konfransları vasitəsilə ilə təzyiq göstərmək, tərəfdarlarına davamlı olaraq mesaj vermək fikrindədir. Məğlubiyyəti bir cür qəbul edə bilmirlər. İnsanları küçəyə tökmək üçün əllərindən gələni edirlər. Necla Kızılbağ liseyində zibil maşını içində bəzi sənədləri çölə çıxartmağa çalışdılar. Zibilxanaya tökərək, "Biz səsləri burada burada gördük" deyəcəkdilər. Ancaq biz belə demək olarsa, onları cinayət başında tutduq və düşündükləri olmadı.

Onu da qeyd edək ki, Türkiyədə ən azı son 30 ildə ilk dəfədir ki, seçkilərə hiylə qarışdırıldığıvı və saxtakarlığa yol verildiyinə dair iddialar səslənir .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm