"Molla Nəsrəddin" jurnalının 108 yaşı
Bizi izləyin

Digər

"Molla Nəsrəddin" jurnalının 108 yaşı

"Molla Nəsrəddin" jurnalının 108 yaşı

1906-ci il aprel aynın 7-də "Molla Nəsrəddin" jurnalının ilk sayı dərc olundu. Böyük Mirzə Cəlil yazırdı ki, "Molla Nəsrəddini zəmanə özü yaratdı".

"Molla Nəsrəddin" öz ətrafında dövrünün mütərəqqi fikirli yazarlarını, ziyalılarını birləşdirərək böyük bir məktəb yaratdı.

"Molla Nəsrəddin" eyni zamanda Azərbaycan satirik rəsamlığının yaradıcısıdır. Mollanəsrəddinçi satirik qrafika əsasında Azərbaycan karikatura məktəbi yaranmışdır. Əzim Əzimzadə məhz "Molla Nəsrəddin" jurnalı zəminində meydana çıxdı və milli karikatura sənətinin yaradıcısı səviyyəsinə yüksəldi.

"Molla Nəsrəddin" Azərbaycan ədəbiyyatına bir sıra parlaq imzalar bəxş etdi. M. Ə. Sabir, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə və bir sıra ədiblər məhz "Molla Nəsrəddin" məktəbinin yetişdirdiyi ədəbi simalar idi.

"Molla Nəsrəddin" jurnalının yaranmasından 108 il ötür. Biz hər zaman bu məktəbdən faydalanırıq və yəqin ki, bundan sonra da "Molla Nəsrəddin" ənənələri yaşayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm