Makedoniyalı deputatla azərbaycanlı jurnalist cəmiyyət yaratdı
Bizi izləyin

Digər

Makedoniyalı deputatla azərbaycanlı jurnalist cəmiyyət yaratdı

Makedoniya parlamentinin deputatı Enes İbrahim və diaspor üzrə jurnalist Elnur Eltürk Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradıblar.

Bu barədə Publika.az-a məlumatı jurnalist Elnur Eltürk verib. O, cəmiyyətin yaranması haqqında məlumat verərək bunları söyləyib: ”Belə cəmiyyətin yaranması zəruri idi. Dünyanın müxtəlif yerlərində diaspor təşkilatları fəaliyyət göstərir. Düşünürəm ki, Makedoniyada da belə bir təşkilatın yaranması haqq səsimizin dünyada eşidilməsinə böyük təsir göstərəcək. Bildiyim qədər Makedoniyada da iki ölkə arasında əlaqələri gücləndirəcək cəmiyyət yoxdur. Bəlkə də var, amma mən bu barədə heç nə eşitməmişəm. Həmçinin, Makedoniya-Azərbaycan arasında birbaşa diplomatik nümayəndəliyik fəaliyyət göstərmir. Cəmiyyət münasiblərimizin güclənməsinə öz töhfəsini verə bilər. Cəmiyyətin sədri Makedoniya parlamentinin deputatı tanınmış siyasətçi Enes İbrahimdir. Enes bəy dəfələrlə Azərbaycanda olub və bölgəni yaxşı bilir. Üstəlik, Qarabağla bağlı Makedoniyada bir sıra fəaliyyətləri olub. Makedoniyada gənc və dinamik siyasətçi imici qazanıb.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm