Sabiq hərbi komissar: “Rayonda saqqallı adam görməmişəm”
Bizi izləyin

Digər

Sabiq hərbi komissar: “Rayonda saqqallı adam görməmişəm”

Sabiq hərbi komissar: “Rayonda saqqallı adam görməmişəm”

“Mən Salyana tez-tez gedib-gəlirəm. Burada vəhhabi və nurçu görməmişəm”. Bu sözləri publika.az-a açıqlamasında Milli Məclisin Salyandan seçilmiş deputatı, Azərbaycanın sabiq hərbi komissarı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov deyib.

Onun sözlərinə görə, Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov vəhhabilərlə bağlı müvafiq işlər görür. Ə.Hüseynov deyib ki, hazırda rayon icra başçısı ilə yanaşı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Salyan rayon idarəsinin rəisi və polislər də bu istiqamətdə müvafiq işlər həyata keçirir: “Vəziyyət tam nəzarət altındadır, mən özüm də mütəmadi olaraq əlaqə saxlayıram, vəziyyətlə maraqlanıram. Mən rayonun deputatıyam, rayonda görüşlərim olur, əhalinin vəziyyəti ilə də maraqlanıram. Salyanda vəhhabilərin çox olması barədə yayılan məlumatlar boş söhbətlərdir. Ola bilsin ki, rayonda 1-2 nəfər tapılsın, Ancaq mən rayonda saqqalı adam görməmişəm. Vəziyyət normaldır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm