"Nurçu əməliyyatı" bu evdə olub - VİDEO
Bizi izləyin

Digər

"Nurçu əməliyyatı" bu evdə olub - VİDEO

Polisin xüsusi əməliyyat keçirdiyi Yasamal Rayonu, Xıdır Mustafayev 216 saylı evdə 17 nəfər qeydiyyatdadır

Azərbaycan Daxili İşlər Nazirliyi nurçularla bağlı aparılan əməliyyata dair açıqlama verib. Nazirlikdən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında - ikisi azyaşlı olmaqla 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib. Evə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompüter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 AZN və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb, hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

Polisin xüsusi əməliyyat keçirdiyi Yasamal Rayonu, Xıdır Mustafayev 216 saylı evdə 17 nəfər qeydiyyatdadır. Evin sahibinin Hacı ləqəbli şəxs olduğu deyilir. Onların əksəriyyəti dövlət orqanlarında çalışırlar. Lakin 2 mərtəbəli bina yaşayış evindən çox dini ocaq kimi fəaliyyət göstərirmiş. Polis binada xidmət aparıb və binaya daxil olmağa imkan vermirlər.

Şahidlərin sözlərinə görə, iki mərtəbəli bina mədrəsə kimi fəaliyyət göstərirmiş. Polisin ötən günkü əməliyyatından sonra bina polis tərəfindən mühafizə olunur.

Ərazidə yaşayan sakinlər qeyd edirlər ki, evdə ibadətlə məşğul olanlar hansı təriqətə mənsub olduqlarını gizlətməyiblər.

Hazırda saxlanılanlar Yasamal Rayon Polis İdarəsinə aparılıblar, onlardan heç biri buraxılımayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm