Ordumuzdakı dini cərəyanlarla bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Digər

Ordumuzdakı dini cərəyanlarla bağlı RƏSMİ AÇIQLAMA

Ordumuzdakı dini cərəyanlarla bağlı RƏSMİ AÇIQLAMA

Hərbi hissələrdə dini əqidə azadlığına necə təminat verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən açıqlama verilib.

Nazirliyin mətbuat xidmətindən ANS-ə bildiriblər ki, Silahlı Qüvvələrimizdə müxtəlif dini əqidəyə malik vətəndaşlarımız hərbi xidmət keçir. Eyni zamanda insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır: “İlk olaraq qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Eyni zamanda insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır.

Azərbaycan Respublikası çoxkonfessiyalı dövlət olduğu kimi, Silahlı Qüvvələrimizdə də müxtəlif dini əqidəyə malik vətəndaşlarımız hərbi ximət keçirlər”.

Nazirlik hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa görə dini əqidənin hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmədiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm