Digər
Prezident və xanımı Su İdmanı Sarayında inşaat işləri ilə tanış olublar - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 17-də Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olmuşlar.
2015-ci ildə Avropa ölkələri arasında tarixdə ilk dəfə Bakıda təşkil olunacaq Olimpiya Oyunlarına hazırlıq məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə ən yüksək standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir.
Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf
etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili
məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara
cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam
imzalamışdır. Su İdmanı Sarayının layihələndirilməsini Koreya
Respublikasının “Securo CO.LTD” şirkəti qısa müddətdə başa
çatdırmış və inşaat işlərinə başlanılmışdır.
Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə
əsasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat
verdi.
Bildirildi ki, Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi
ayrılmışdır. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq
Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç
üzgüçülük hovuzu olacaqdır. Uzunluğu 50, eni 25 metr olacaq hovuz
yarışlar üçün nəzərdə tutulmuşdur. İkinci hovuzda isə məşqlər
keçiriləcəkdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25,
eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran,
konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət
göstərəcəkdir.
Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik
yerüstü avtomobil yerüstü dayanacağı yaradılacaqdır. Sarayda
keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir.
Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq
səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaqdır. Tikinti
işlərini xarici və yerli şirkətlər icra edir.
Dövlətimizin başçısına və xanımına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri barədə də məlumat verildi.
Bildirildi ki, 18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaqdır. Bu qurğular arasında ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılmışdır. Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaqdır.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır