Digər
Dünya ədəbiyyatının günəşi batdı: Markes öldü!
Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes yaşadığı Meksikanın paytaxtı Mexiko şəhərində 87 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, yaxınları Markesin qısa bir müddət əvvəl ağciyər infeksiyası səbəbiylə müalicə aldığı xəstəxanadan evə buraxıldığını açıqlayıblar. O, süni tənəffüs cihazı ilə nəfəs alırmış.
Qabriel Qarsiya Markes 1927-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alan Markes "Yarpaq Fırtınası" adlı romanı ilə ədəbiyyat dünyasına addım atıb.
Onun ən məşhur romanı isə "Yüz ilin tənhalığı" sayılır. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib.
Markes "Gözlənilən bir qətlin qısa tarixçəsi", "Polkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.
Oral Mədənçi
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO