Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Bizi izləyin

Digər

Prezident İlham Əliyev 3 sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əməkdaşlarına "Əməkdar Müəllim" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda Prezident qərara alıb ki, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşlarına "Əməkdar Müəllim" fəxri adı verilib:

Ağalarova Şəhla Köçəri qızı
Babayeva Sevil Sultanovna
Əhmədova Firdovsiyə Firdovsi qızı
Quliyev Musa Nizam oğlu
Nağıyev Fəxrəddin Tağı oğlu.

Prezidentin digər Sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər:

Bağırov Zaur Siyavuş oğlu
Bədəlov Tahir Nadir oğlu
Cahangirova Sevil Adilovna
Çinani Sürəyya Ağababa qızı
Əliyev Sakit Hacalı oğlu
Hüseynov Muxtar Şəmsəddin oğlu
Kərimova Mələk Lətif qızı
Qasımova Yelena Vladimirovna
Məmmədova Sədaqət Mahmud qızı.

“Əməkdar Müəllim” fəxri adı:

Ağalarova Şəhla Köçəri qızı
Babayeva Sevil Sultanovna
Əhmədova Firdovsiyə Firdovsi qızı
Quliyev Musa Nizam oğlu
Nağıyev Fəxrəddin Tağı oğlu.

17 :30

Azərbaycan Prezidenti İlham Əliyev Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

19:50

Azərbaycan Prezidenti İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm