
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kralı Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Kral günü
münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi
təbriklərimi yetirirəm.
Bu yaxınlarda III Nüvə Təhlükəsizliyi Sammiti ilə bağlı Niderlanda
etdiyim səfərdən məmnunam. İnanıram ki, Azərbaycan ilə Niderland
arasındakı dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf
edərək bundan sonra da xalqlarımızın mənafelərinə xidmət
edəcəkdir".
İlham Əliyev Villem-Aleksandra möhkəm cansağlığı, işlərində
uğurlar, dost Niderland xalqına daim sülh və rifah diləyib.