Azərbaycan qırıcıları ötən həftə ərzində ermənilərlə təmas xətti üzərində havaya qalxaraq uçuş həyata keçirib.
Bu məlumatı Ermənistan mətbuatı yayıb. Ermənilər uçuşların 20-26 aprel tarixlərində həyata keçirildiyini yazıblar.
Qeyd edək ki, bu ilin yanvarın 25-də də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr cəbhə xəttində uçuşlar həyata keçirmişdi.
Qırıcı təyyarələr Tərtər və Ağdam rayonlarının təmas xəttinə yaxın ərazilərində uçmuşdu. /Ans/