Digər
Prezident: "Azərbaycanda böyük bazaya malik idman infrastrukturu yaranıb" - FOTO
Aprelin 27-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının - AİPS-nin 77-ci konqresinin iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə
iştirak etmişdir.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək Beynəlxalq İdman
Mətbuatı Assosiasiyasının üzvlərini bu təşkilatın 90 illiyi
münasibətilə təbrik etdi. Qurumun 77-ci konqresinin Azərbaycanda
keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu deyən Prezident
İlham Əliyev bunun ölkəmizi təqdim etmək imkanını artırdığını
diqqətə çatdırdı. İyirmi iki illik müstəqillik dövründə
Azərbaycanın böyük uğurlara imza atdığını deyən Prezident İlham
Əliyev bu dövrdə ölkəmizdə idman və Olimpiya hərəkatı sahəsində də
mühüm nailiyyətlərin qazanıldığını bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, indiyə qədər Azərbaycanda
çoxsaylı beynəlxalq yarışlar, dünya və Avropa çempionatları
keçirilmişdir. İdmançılarımız beynəlxalq yarışlarda yaxşı nəticələr
əldə etmişlər. Dövlətimizin başçısı vurğuladı ki, 1996-cı ildə
Azərbaycan Atlanta Yay Olimpiya Oyunlarında 1 medal qazanılmışdısa,
2012-ci ildə London Yay Olimpiya Oyunlarında idmançılarımız 10
medal qazanmışlar və onlardan 2-si qızıldır. Azərbaycan bu
göstəriciyə görə, 200 ölkə arasında 30-cu yeri tutmuşdur. Bütün
bunların ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində
göstərilən qayğının təzahürü olduğunu deyən Prezident İlham Əliyev
hazırda respublikamızın ərazisində böyük bazaya malik idman
infrastrukturunun yarandığını, 40-dan çox Olimpiya İdman
Kompleksinin tikildiyini vurğuladı.
Dövlətimizin başçısı gələn il Azərbaycanda ilk Avropa Oyunlarının
keçiriləcəyini və ölkəmizin bu mötəbər idman tədbirinə xüsusi
hazırlaşdığını qeyd etdi. "Bu, böyük bir məsuliyyət və böyük
çağırışdır, lakin eyni zamanda, bu, ölkəmizi təqdim etmək üçün bir
fürsətdir", - deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan
bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək
niyyətindədir.
Azərbaycan Prezidenti dedi: "Fürsətdən istifadə edərək hamınızı
gələn il açılış mərasimində iştirak etmək üçün Bakı Olimpiya
stadionuna dəvət edirəm. 2016-ci ildə Dünya Şahmat Olimpiadasını,
2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik və bu da
bizim coğrafi yerləşməmizin, mədəniyyətimizin və bugünkü
Azərbaycanın göstəricisidir. İki il ərzində biz həm Avropa
Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik.
Azərbaycan müsəlman ölkəsidir, lakin Avropa ilə güclü əlaqələri
olan ölkədir. Bunun da tarixi XIX əsrə gedib çıxır və indi bu
əlaqələr daha da güclüdür. Çünki bu əlaqələrin əsasını
tərəfdaşlığımız təşkil edir".
Prezident İlham Əliyev ölkəmizdə əsrlərdən bəri yaranıb formalaşan
multikulturalizm ənənələrinin Azərbaycanda dövlət siyasəti
olduğunu, möhkəm əsaslara malik tolerantlığın ölkəmizin vizit
kartına çevrildiyini bildirdi.
Sonra AİPS-nin prezidenti Canni Merlo çıxış edərək bildirdi ki,
qurumun 90-ci ildönümünün və 77-ci konqresinin Bakıda keçirilməsi
böyük uğurdur. Dörd il əvvəl Bakıda olduğunu, burada gedən
inkişafdan məmnun qaldığını deyən Canni Merlo rəhbərlik etdiyi
təşkilatın idmanın inkişafı istiqamətində bir çox işlər gördüyünü,
vacib sosial layihələr həyata keçirdiyini diqqətə çatdırdı. O,
gələn il Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə
keçiriləcəyinə əminliyini ifadə etdi.
Sonra Canni Merlo Prezident İlham Əliyevə Beynəlxalq İdman Mətbuatı
Assosiasiyasının xüsusi xatirə hədiyyəsini təqdim etdi.
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT