Digər
Faşizm üzərində qələbədən 69 il keçir
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır
və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm
nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına
aldı.
İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə
bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik
nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə
batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub.
1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar
cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən
mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170
min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları
ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov,
Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil
Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi
Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan
Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı
ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.
Respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə
böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri cəbhə üçün
işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm
cəbhəxanasına (arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq,
neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi
yanacaqla təmin ediblər.
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya)
benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-ci ildə
neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən
çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də
istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə,
müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton
neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər.
Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə
qazanılmasında əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki,
hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı
benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının
fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO