Digər
Ümummilli lider Heydər Əliyevin anadan olmasından 91 il ötür
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-cı ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın
Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji
Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində
təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan
verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə
müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi
orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları
sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin
müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor
rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində
(indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul
plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin
rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali
Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini
olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib
Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq
tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda
törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan
xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının
cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin
münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə
etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı
Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə
Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali
Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali
Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni
Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis
qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə
kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və
müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı
Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.
Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya
dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli
Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər
Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il
oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən
seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan
Respublikasının Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də
keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə
razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə
əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında
vəfat edib.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu
medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını
alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif
olunub.
27 mart 1997-ci il - Kiyevdə Azərbaycanın dövlət başçısına
Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.
13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu
mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb.
20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı
verilib.
3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya
Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri
Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov
adına mükafata layiq görülüb.
10 may 2003-cü il - Heydər Əliyevin Rusiyanın yüksək mükafatı -
Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması
barədə Fərman imzalanıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...