Abdullah Gülə hiddətləndilər: “Rədd ol, get buradan” – Video
Bizi izləyin

Digər

Abdullah Gülə hiddətləndilər: “Rədd ol, get buradan” – Video

Baş nazirdən sonra prezident də Somada etirazla qarşılanıb.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Abdullah Gül Akhisar Dövlət xəstəxanasında yaralıları ziyarət etdikdən sonra Manisanın Soma rayonuna gedərək həlak olan işçilərin yaxınları ilə görüşüb.

Prezident faciə ünvanına mühafizə ordusu ilə gedib. Həlak olanların yaxınlarına başsağlığı verən zaman prezidentə “bu qədər cangüdən nəyə lazımdır? Kimdən qorxursan?” deyə bir nəfər qışqırmağa başlayıb.

Daha sonra bu qədər təhlükəsizlik tədbirlərindən narahat olan mədən işçilərinin yaxınları “sənə görə xilas etmə komandası işləyə bilmir. Bizə polis yox xilas edicilər lazımdır. Rədd ol get buradan” deyərək etiraz ediblər.

Videonu təqdim edirik:

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm