Digər
Cəbhənin Füzuli istiqamətindən həyəcanlı xəbər - VİDEO
Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya
qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində
yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd
göstərib.
Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, Silahlı
Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik,
sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar
edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa
atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə
geri çəkilməyə məcbur olub.
Ermənistanın kəşfiyyat-diversiya qrupu Milli ordumuzun Füzuli
rayonun Aşağı Əbdülrəhmanı kəndi istiqamətində yerləşən mövqelərinə
hücum edib. Eyni zamanda düşmən adıçəkilən rayonun Alxanlı kəndini
də atəşə tutub. Nəticədə Azərbaycan ordusu Ermənistan tərəfinin hər
iki təxribatının qarşısını alıb. Atışma zamanı Azərbaycan ordusunun
3 hərbçisi yüngül yaralanıb. Qarşı tərəfin də itki verdiyi
deyilir.
Atışma təqribən 30 dəqiqə davam edib. Kənd sakinləri arasında ölən
və yaralanan yoxdur.
Füzuli rayonun Alxanlı kəndi erməni mövqelərinin təqribən 600-700
metrlyində yerləşir. Sakinlərin sözlərinə görə, son bir həftədər
ki, hər gün kənd qarşı tərəfin atəşinə məruz qalır.
Kənd sakini Lyudmilla İsmayılova deyir ki, tək qalmıram, amma dünən
elə tək idim: “Yoldaşım getmişdi. Atışma olanda evdən çıxıb divarın
dibində, çöldə dururuq. Ermənilər tez-tez atırlar”.
Qarşı tərəf adətən gecə saatlarında kəndi atəşə tutur. Əsasən iri
çaplı silahlardan istifadə edilir. Ən çox həyəcan keçirən isə az
yaşlılardır.
Vəlyəd İsmayılovun sözlərinə görə, hər gün atırlar, bizim evin
yanına düşməyib, gəlib aşağı düşür: “Uşaqları aparıram aşağıda
qohumumun evi var, qoyuram ora, yoldaşımla özüm qalıram”.
Alxanlı kəndilə yanaşı rayonun təmas xəttində yerləşən Şükürbəyli,
Aşağı Əbdulrəhmanlı kəndinin Azərbaycanın nəzarətində olan hissəsi
də atəşə tutulub.
Müdafiə Nazirliyi isə erməni təxribatının qarşısının alındığı
istiqamətdə vəziyyətin nəzarətdə olduğunu deyir.
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...