Digər
100 ballıq fahişə
Başımız o qədər qarışıb ki, söhbətin bizdən getdiyini belə hiss etmirik. Rozanın döşlərindən, Röyanın otağından, Sevdanın yatağından şirin-şirin danışdığımız anda gözündə eynək “tösmərək” qadının Azərbaycanın düz gözünün içinə elan etdiyi dəhşəti fərqinə alan olmadı.
Bu da təbii idi, “manıska”ların xarici və daxili orqanlarının müzakirəsindən xaric heç nə ilə maraqlanmayan kütlədən başqa nə gözləmək olardı ki?
****
Edam hökmünü elan etmək üçün minbərə çıxmış bu qadın ölüm fərmanını belə verdi: “I və IV qrup imtahanlarından ballar 100 civarında olub”.
Ahaa...
Ani olaraq səslənən və ötüb-keçən bu bəyanatı kimsə vecinə alası deyildi. Son illərin ən bərbad nəticəsi, azərbaycanlı abituriyentlərin biliklərinin ölçüsü bu qədər rüsvayçı həddə düşdü.
***
Hələ “Əli və Nino” romanında bizim Qərb və ya Şərqə mənsub olmalı olduğumuz dilemması müzakirə edilirdi.
Bu, adi müzakirə deyil, əslində, kod kökləri min illərə dayanan intellektual seçim mübarizəsinin qiymətləndirilməsi idi.
Bu gün həmin suala daha rahat cavab vermək mümkündür. Bəli, biz şərqliyik, üstəgəl Suriyada qadınları zorlayan, insanların başını kəsən vəhhabilərlə, 200-dən artıq qızcığazı qaçırdıb zorlayan “Boko-haram”la və 1300 il əvvəl Ərəb səhrasında hakimiyyət uğrunda bir-birini qanına qəltan etmiş insanlarla eyni dünyagörüşü paylaşırıq.
100 ballığın fəlsəfəsi məhz burada ortaya çıxır.
***
Bilmirəm, bu biabırçılığın geridönüşü varmı?
Amma dəqiqdir ki, nəticələri bu olacaq:
- 100 balı 100 manata çevirib bədəninin düz yerinə aeroport yolu çəkdirən fahişələrin sayı çoxalacaq;
- Evinizdə kişi olsun deyə bəslədiyiniz oğlan uşağı böyüyb Konçita olacaq;
- Gələcəyin ismətli, abırlı qadını olaraq böyüdəcəyiniz qızınızın taleyini fahişə cəmiyyətlə necə bağlayacağınızı anlamayacaqsınız;
-Küçənin ortasında qadınınıza suvanacaq, təcavüz edəcək, ”kişi”lərin əhatəsi genişlənəcək;
- Artiq küçələrdə, tv-lərdə deyil, evlərinizdən üzeyirlərin, rəqsanələrin səsi gələcək;
- Evinizin sükutunu pozacaq tək şey əsəbi barmaqlar arasında “partlatmaq”, yoxsa “başını kəsmək” əmri ilə bağlı qərara kömək edəcək təsbeh şaqqıltısının səsi olacaq;
-Nəhayət, Azərbaycanın adını dəyişib, “Azəri əmirliyi”(?) qoyacaqlar;
Daha nə gözləyirsiniz ki...
Gələcəyini 100 ballıq adamcıqlara verən cəmiyyətin köksünə arı tikanları kimi sancılacaq cəhalət və savadsızlıq, vəhşilik olacaq.
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ



























