Rusiyanın ən yeni hərbi texnikası Azərbaycana gətirilir
Bizi izləyin

Digər

Rusiyanın ən yeni hərbi texnikası Azərbaycana gətirilir

Mi-35M tipli döyüş helikopterləri hazırda dünyada mövcud olan ən müasir helikopterlərdən hesab olunur və hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin 2010-cu ildə Rusiyaya sifariş verdiyi 24 ədəd Mi-35M tipli döyüş helikopterlərinin son partiyası da çatdırılıb. Helikopterlərin ilk partiyası Bakıya 2011-ci ilin dekabr ayında gətirilmişdi.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə rus mediası yazıb.

Mi-35M tipli döyüş helikopterləri hazırda dünyada mövcud olan ən müasir helikopterlərdən hesab olunur və hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir. Bu tipli helikopterlər yüksək uçuş imkanlarına malikdir. Hərbi helikopterlər ən müasir silahlarla təchiz olunub. Bu silahlar hədəfi dəqiq zərərsizləşdirmək qabiliyyətinə malikdir. Helikopterlərin heyəti pilot komandirindən və operatordan ibarətdir. Zərurət yaranarsa, 10 nəfərədək desant əməliyyatların həyata keçirilməsinə cəlb oluna bilər. Helikopterlər S-8 və S-13 idarəolunmayan raket kompleksləri, QŞ-23 qoşalüləli pulemyot, “şturm” və “ataka” tipli idarə olunan raketlərlə təchiz edilib. Helikopterlərdə hazırda dünyada mövcud olan ən müasir avionika quraşdırılıb ki, bunun köməyi ilə istənilən hava şəraitində 360 dərəcə altında bütün hədəfləri müşahidə etmək və zərərsizləşdirmək mümkündür.

Yazıda Mi-35M-in texniki və taktiki, sürət və manevr göstəriciləri, həmçinin yükgötürmə qabiliyyəti və silahlanma baxımından Mi-24-i üstələdiyini qeyd edilir. Azərbaycanın ildən-ilə müasir texnika və və silahlarla Silahlı Qüvvələrinin təchizatını artırdığını yazan qəzet 2013-cü il üçün müdafiə xərclərinə 3,7 milyard dollar ayrıldığı xatırlanır.

“Təxminən bir milyard dollar Rusiya hərbi texnika və silahların alınmasına yönəldilib. 2011-də Rusiya ilə bağlanmış müqavilələr paketi üzrə 2012-ci ildə quru hərbi texnikanın çatdırılması prosesi başlandı. Söhbət T-90S tankı (94 ədəd), təxminən üç batalyon üçün BMP-3 hərbi piyada maşını (100-ə yaxın), “Mcta-C özüyeriyən artilleriya qurğusu divizionu (18), “Smerç” yaylım atəşli reaktiv sistem divizionu (18), “Vena” özüyeriyən artilleriya silahları (18 ədəd), TOC-1A “Solnsepek” (“Buratino” sisteminin yeni modifikasiyası) ağır odsaçan sistemdən (6) gedir. Yerli nəşrlərin məlumatına görə, Bakı yalnız son illər ərzində Rusiyadan ümumilikdə 3 milyard dollarlıq hərbi texnika və silahlar alıb. Bu texnikanın çox hissəsi keçən il Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr edilmiş hərbi paradda göstərilmişdi”.

Qəzet bir sıra məlumatlı mənbələrin məlumatlarına əsasən, yaxın illərdə Moskva və Bakı arasında hərbi əməkdaşlığı daha sıx olacağını qeyd edir. “2015-ci ilə qədər Rusiya yalnız Azərbaycanın Silahlı Qüvvələrini silah və hərbi texnika ilə təmin etmək deyil, həm də Azərbaycanın müdafiə sənayesi üçün ixtisaslı kadrların hazırlanmasında iştirak etmək fikrindədir. Eyni dövrdə silah və hərbi texnikanın satış həcmi demək olar ki, 5 milyard dollara qədər artırılacaq”, - xəbərdə bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm