Digər
Mehriban Əliyeva yeni layihənin təqdimatında iştirak edib
Mayın 31-də Heydər Əliyev Mərkəzində "Müasir dəbdə
Azərbaycan cazibəsi" layihəsinin təqdimatı
keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu
Əliyeva tədbirdə iştirak etmişlər.
Təqdimatdan əvvəl layihənin əhəmiyyətindən söz açılmışdır.
Bildirilmişdir ki, geyim mənsub olduğu xalqın əsrlər boyu yaranmış
bədii zövqünü, onun mədəniyyətini əks etdirir.
Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı
tapılmış bir sıra parça fraqmentləri göstərir ki, hələ eramızdan
əvvəl burada yüksək geyim mədəniyyəti mövcud olmuşdur.
Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun "Müasir dəbdə Azərbaycan
cazibəsi" layihəsi Azərbaycanın milli ənənə və dəyərlərini
yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan
vermək, eyni zamanda, Şərq və Avropa mədəniyyətləri arasında vəhdət
yaratmaq məqsədini daşıyır.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıq ifadə
edilmişdir.
Diqqətə çatdırılmışdır ki, milli muzeylərimizin kolleksiyasında
zəngin və dolğun təqdim olunan geyimlər, bəzək əşyaları və
xalçaçılıq məmulatları məşhur italyan modelyeri Renato Balestranı
naxışlarının incəliyi və dekor elementlərinin orijinallığı ilə
seçilən Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan
müasir dövrədək inkişafını ehtiva edən kolleksiya yaratmağa sövq
etmişdir.
Sonra italyan modelyeri Renato Balestranın kolleksiyasının
fəlsəfəsini əks etdirən film nümayiş olunmuşdur.
Daha sonra Heydər Əliyev Fondunun "Müasir dəbdə Azərbaycan
cazibəsi" layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato
Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı
yeni kolleksiyası nümayiş etdirilmişdir.
Renato Balestranın iştirakı ilə keçirilən dəfilədə 40-dan çox geyim
nümunəsi təqdim olunmuşdur. Moda nümayişində tanınmış model İrina
Şeyk də səhnəyə çıxmışdır.
Kolleksiyaya daxil olan libasların hazırlanmasında Azərbaycanın
ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də
od və nar elementlərindən istifadə edilmişdir.
Renato Balestra layihə çərçivəsində Azərbaycanın milli
ornamentlərinin tarixini və xüsusiyyətlərini araşdırmışdır. Şərq
koloritindən ilham alan modelyer Azərbaycan milli elementlərini
müasir Avropa dəbində tətbiq etmişdir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO