Digər
Dünyanın yeni ən qlamur kraliçası – Foto
Keyt Middlton nəinki Böyük Britaniya, hətta dünyanın da
diqqətindən yayınmayan şahzadə hesab olunur. Böyük Britaniya
şahzadəsi geyim üslubu və incə zövqü ilə hər zaman mətbuatın
diqqətindədir.
İspaniya şahzadəsi Felipe de Borbonun arvadı Letiziya isə ərinə rast gələnə qədər, televiziya aparıcısı olub. İspan kralı Xuan Karlos bu həftə taxt-tacdan imtina etdikdən sonra Letizia şahzadə postundan kraliça vəzifəsinə qalxıb. İndi isə mətbuat diqqətini Keytdən birbaşa Letiziyaya yönəldib.
Letiziya da Keyt kimi arıq, qamətli və tünd saçlıdır. Hətta
bəzən geyim üslubunda da Böyük Britaniya şahzadəsinə
bənzəyir.
Letiziya Keytdən fərqli olaraq sadə ailədə doğulub. Atası
jurnalist, anası isə tibb bacısı olub. Bacısı Telma iqtisadçıdır,
digər bacısı Erika isə depressiyadan intihar edib. İspaniyanın TVE
kanalında aparıcı işləməzdən əvvəl, jurnalistika təhsili alıb.
Jurnalistik fəaliyyəti dövründə 2001-ci il 9 sentyabrda Nyu-Yorkda
partladılan binaların qarşısından canlı efirə qoşulub. Bir ildən
sonra isə İspaniya varisi Felipe ilə tanış olur. Başı bir çox sevgi
münasibətlərinə qarışsa da, son anda Felipe ilə nişanlandığını elan
edib. Felipe ilə 2004-cü ildə ailə quran Letiziya üçün bu evlilik
ikinci dəfə idi.
Letiziya daha çox geyimlərini Zara brendindən sifariş edir. Onun
Felipe ilə nikahından 2 övladı var. 2008-ci ildə estetik burun
əməliyyatı keçirdikdən sonra ictimaiyyət qarşısında yaxşı
qarşılanmayıb.
Keçən yay Letiziya əri və uşaqlarsız yay tətilinə gedib. Mətbuatda
şahzadənin öz öhdəliyindən və evlililik həyatından həddindən artıq
yorğun olduğu haqda məlumat verilir. Şahzadəyə həsr olunmuş
avtobioqrafik kitabda isə ilk evlilikdən hamilə qaldığını və Felipe
ilə tanışlıq dönəmində abort etdirdiyi haqda şayiələr yayılıb.
İmzaladığı 50 səhifəlik nikah müqaviləsinə əsasən, Felipe ilə
boşanacağı təqdirdə uşaqlarını itirə bilər. bununla belə, şahzadə
Letiziya dünyanın ən qlamur şahzadəsi hesab edilir.
Nura
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi